Icma.az
close
up
RU
ABŞ Qrenlandiyaya bu halda hərbi güc tətbiq etməyəcək

ABŞ Qrenlandiyaya bu halda hərbi güc tətbiq etməyəcək

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerika administrasiyası Qrenlandiyanın müstəqillik qazanmasına və sülh yolu ilə Birləşmiş Ştatlara qoşulmasına ümid edir. Vaşinqton bu halda hərbi güc tətbiq etməklə hədələmir.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens açıqlama verib.

“Biz inanırıq ki, aşağıdakılar baş verəcək: Qrenlandiya sakinləri öz müqəddəratını təyinetmə yolu ilə Danimarkadan müstəqil olmağa qərar verirlər. Bundan sonra biz Qrenlandiya xalqı ilə danışıqlar aparacağıq. Biz düşünürük ki, bu halda heç vaxt hərbi gücə ehtiyac olmayacaq. Tramp tamamilə inanır ki, Qrenlandiya təkcə ABŞ üçün deyil, bütünlükdə dünya üçün təhlükəsizliyin vacib komponentidir.

Bu baş verməlidir (Birləşmə - Qeyd). Bunun baş verməsinin səbəbi isə budur və mən bunu söyləməyi xoşlamıram: Danimarkadakı dostlarımız bu regionun təhlükəsizliyini qorumaq baxımından öz işlərini görmədilər. Danimarka hakimiyyəti Rusiya və Çinin regiondakı maraqlarını nəzərə alaraq Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmür. Sadəcə bunu etmədilər.

Alternativ nədir? Şimali Atlantikadan imtina etmək? Arktikanı Çin, Rusiya və Amerika xalqının maraqlarını düşünməyən digər rejimlərə vermək? Başqa variantımız yoxdur. Buradakı insanların təhlükəsizliyini təmin etmək, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyada əhəmiyyətli mövqe tutmalıyıq”, - deyə o bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar gələcəkdə Qrenlandiya regionunda hərbi, o cümlədən dəniz qüvvələrini genişləndirmək niyyətindədir: “Lakin Vaşinqtonun indi bu şəkildə hərəkətə başlamaq planı yoxdur. Biz bilirik ki, Rusiya, Çin və digər dövlətlər Arktika dəhlizlərinə və Arktika dəniz yollarına, eləcə də Arktika ərazilərindəki mineral ehtiyatlara böyük maraq göstərirlər. Arktikada Amerikanın liderliyini təmin etməliyik, çünki bilirik ki, Amerika etməsə, digər ölkələr bizim buraxdığımız boşluğu dolduracaq”.(Report)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Mart 2025 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri