Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

ABŞ Qrenlandiyaya sahib olacaqmı?

ABŞ Qrenlandiyaya sahib olacaqmı?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Tramp Qrenlandiyanı Birləşmiş Ştatlara birləşdirməkdə israrlıdır - qeyd edək ki, Ağ Evin rəhbəri NBC kanalına müsahibəsində Qrenlandiya ilə bağlı məsələyə aydınlıq gətirərkən adanı ABŞ-a ilhaq etmək üçün hərbi gücdən istifadə edə biləcəyini istisna etməyib. Tramp bildirib ki, bu ada ABŞ-a milli təhlükəsizlik məqsədləri üçün lazımdır: “Bizə Qrenlandiya çox lazımdır. Qrenlandiyada çox az sayda insan yaşayır, biz onların qayğısına qalacağıq. Lakin beynəlxalq təhlükəsizlik üçün buna ehtiyacımız var”, - deyə Tramp vurğulayıb. Xatırladaq ki, Tramp yerli mətbuata bundan əvvəlki açıqlamalarında da bəyan edib ki, Vaşinqtonun Qrenlandiyanı ABŞ-a birləşdirmək üçün hərbi gücdən istifadə etməsi istisna deyil. Eyni zamanda, Tramp Kanada ilə bağlı da eyni fikirləri səsləndirib, amma bu məsələdə hərbi gücdən istifadəni istisna edib - o, müsahibəsində qeyd edib ki, Vaşinqtonun nə vaxtsa Kanadanı Birləşmiş Ştatlara birləşdirmək üçün hərbi güc tətbiq edəcəyinə inanmır. Tramp, həmçinin əlavə edib ki, Kanada ABŞ-ın “51”-ci ştatı olacağı təqdirdə Kanada xalqı Birləşmiş Ştatların tərkibində avtomobil, alüminium, tikinti, energetika və digər biznes sahələrində böyük və geniş imkanlara sahib olacaqlar.

Qrenladiya Trampı niyə bu qədər maraqlandırır?

Dünyanın nüfuzlu “CASTO” analitik mərkəzinin son hesablamalarına görə, Arktikada buzlaqların əriməsi nəticəsində yaxın gələcəkdə Qrenladiyanın həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyəti artacaq, yəni Şimal Buzlu və Atlantik okean arasında yerləşən bu böyük ada beynəlxalq güc mərkəzlərinin diqqət mərkəzinə çevriləcək. Qrenlandiyanın nə dərəcədə geostrateji cəhətdən önəmli olmasını bir neçə amillə qiymətləndirmək olar: Birincisi, adanın mühüm beynəlxalq logistik marşrutun üzərində yerləşməsi, ikincisi, istismar olunmayan neft-qaz ehtiyatları ilə zəngin olması və üçüncüsü, milli, regional  və beynəlxalq təhlükəsizliyin təminatında xüsusi rola malik olması Qrenlandiyanı diqqətdən kənar qoya bilməz. Məhz bu amillərə görə, Arktikanın bir parçası olan bu ada Tramp administrasiyasının xarici siyasət proqramında iqtisadi-siyasi və hərbi-təhlükəsizlik baxımından ilkin strateji prioritet hesab olunur. Bəzi beynəlxalq ekspertlərin fikrincə, Tramp Qrenlandiya məsələsində daha çox təhlükəsizlik faktorlarına diqqət yetirir, yəni ABŞ rəhbəri hesab edir ki, nə zamansa Rusiya və Çin tərəfindən bu adadan ABŞ-ın sabitliyinə və təhlükəsizliyinə qarşı təhlükəli addımlar atıla bilər. Ekspertlər onu da iddia edirlər ki, Tramp ABŞ-ın Qrenlandiya üzərində siyasi, iqtisadi və hərbi nəzarətini tam şəkildə gücləndirməklə yanaşı adanı ABŞ-ın kosmik və ballistik raketlərinin sınaq mərkəzinə çevirmək niyyətindədir. Qeyd edək ki, İkinci Dünya müharibəsindən bəri Qrenlandiyada ABŞ-ın hərbi bazaları mövcuddur. Vaşinqton tam olmasa da, bir növ bu ada üzərindən öz təhlükəsizliyini təmin edir. Xüsusi bir məqamı da vurğulamaq lazımdır ki, mart ayının sonunda ABŞ vitse-prezidenti Ceyms Devid Vens, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, energetika naziri Kris Rayt və respublikaçı senator Mayk Li Qrenlandiyaya səfər ediblər. Onların təyyarəsi Qrenlandiyanın şimalında yerləşən ABŞ-ın  Pituffik aviabazasına eniş edib. Bu səfər ekspertlər tərəfindən Vaşinqtonun Qrenlandiyada öz hərbi-strateji mövqeyini möhkəmləndirmək istiqamətində addımı kimi qiymətləndirilir.

Tramp Qrenlandiyada hərbi güc tətbiq edərsə...

Bir çox ekspertlər Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək üçün hərbi gücdən istifadəni qeyri-mümkün hesab edirlər. Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu versiya qeyri-real görünür. “Bu adada ABŞ-ın hərbi bazaları, xüsusilə də 1951-ci ildə ABŞ ilə Danimarka arasında imzalanan sazişə əsasən ABŞ-ın  Pituffik aviabazası fəaliyyət göstərir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ABŞ və Danimarka NATO-nun üzvüdürlər, hərbi müttəfiqdirlər”. Ekspertin fikrincə, Tramp bu təhlükəli addımı atmayacaq: “Əgər belə bir hal baş verərsə, bu, nəinki ABŞ-Danimarka münasibətlərinə, hətta ABŞ-Avropa münasibətlərinə çox ağır zərbə vuracaq. ABŞ-ın Trans-Atlantik məkanda etibarlı tərəfdaş statusu, habelə beynəlxalq səviyyədə siyasi nüfuzu sıfıra enəcək. Kanada daxil olmaqla Avropadakı müttəfiq ölkələr ABŞ-dan üz döndərəcəklər. Tramp nə qədər sərt dildə danışsa da, bütün bu halları nəzərə alır”.

Tramp Kanadaya təzyiq etməyə çalışır

“Kanadaya gəlincə isə Trampın öz qonşusuna qarşı ritorikası qismən yumşaq görünür. Tramp bəyan edir ki, əgər Kanada ABŞ-ın “51”-ci ştatı olarsa, Kanada xalqı böyük imkanlar əldə edəcək, amma onu da bildirir ki, bu, məcburi deyil və ABŞ bu istiqamətdə güc taktikasından istifadə etməyəcək. ABŞ-Kanada münasibətlərinin daha da gərginləşəcəyini düşünmürəm. Çünki Tramp bu yaxınlarda Liberal Partiyasının rəhbəri Mark Karnini Kanadanın baş nazir seçilməsi ilə münasibətilə təbrik edib. Karninin yaxın zamanda Vaşinqtona rəsmi səfəri də gözlənilir. Ümumiyyətlə, Kanadanın ABŞ-a birləşməsi qeyri-mümküdür. Kanadada aparılan son sorğulara görə, Kanada xalqının böyük əksəriyyəti Kanadanı müstəqil dövlət kimi görmək istəyir. Tramp sadəcə olaraq, siyasət yürüdür - onun Kanadaya qarşı yumşaq ritorikasının arxasında əsas hədəf öz tələblərinin Ottava tərəfindən yerinə yetirilməsini təmin etməkdir,” - deyə S.Zahidov vurğulayıb.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri