ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 6 oktyabr, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını bərpa etdiyi vaxtdan bu ölkə ilə əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, iyulun 14-də bərpa edilən blokada çərçivəsində İran limanlarına gedən və ya oradan çıxan gəmilərin hərəkətinə nəzarət edilir.
CENTCOM-un rəhbəri admiral Brad Cooper qeyd edib ki, ABŞ ordusu blokadanı pozmağa cəhd edən gəmilərə qarşı çevik şəkildə müdaxilə edir. Mərkəzi Komandanlığın məlumatına görə, blokadanı pozan 13 gəmi sıradan çıxarılıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib
21 Sentyabr 2026 02:32
ABŞ 100 ticarət gəmisinin marşrutunu dəyişdirib AÇIQLAMA
13 Sentyabr 2026 00:24
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
01 Oktyabr 2026 08:12
ABŞ İranla əlaqəli 89 ticarət gəmisini ƏLƏ KEÇİRDİ
20 May 2026 09:57
CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib
18 Oktyabr 2026 03:53
Baxış sayı:122
Bu xəbər 06 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















