Icma.az
close
up
RU
ABŞ razı olsa, nüvə proqramının dinc yolla davam etdirilməsi İran rejiminin uğuru kimi göstərilə bilər

ABŞ razı olsa, nüvə proqramının dinc yolla davam etdirilməsi İran rejiminin uğuru kimi göstərilə bilər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Putin deyib ki, İran nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir. “İranın nüvə texnologiyasından istifadə etmək hüququ var, Moskva dinc nüvə enerjisinin inkişafında respublikaya dəstək verməyə hazırdır” -bu sözləri Putin Sky News Arabia telekanalına müsahibəsində deyib. Putinin sözlərinə görə, Rusiya kütləvi qırğın silahlarının yayılmasının əleyhinədir, lakin İran dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmaq planları yoxdur. Prezident vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə silahı hazırladığına dair heç bir sübutu yoxdur. Putin həmçinin qeyd edib ki, İran bu cür silahların hazırlanmasını qadağan edən fətva qəbul edib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın dinc məqsədlər üçün uranın zənginləşdirilməsi məsələsi mübahisəli məsələdir. Politoloqun fikrincə, burada böyük ehtimalla Vladimir Putinin təklif etdiyi variant üzrə məsələ həllini tapa bilər.

Oqtay Qasımov

“Təklif ondan ibarətdir ki, İranın dinc nüvə proqramı ciddi nəzarət altında həyata keçirilə bilər və bunun da qarşılığında İran və digər ölkələr tərəfindən İsrailin təhlükəsizliyi ilə bağlı birmənalı mövqe ifadə olunar və yaxud öhdəlik götürülə bilər. Bu baxımdan düşünürəm ki, bu, mümkün olan variantlardan biri kimi gündəmdə qalacaq. Yəni bu proseslərdən İranın təsirlənməsinə gəldikdə, əgər buna Amerika Birləşmiş Ştatları razı olarsa, nüvə proqramının dinc yolla davam etdirilməsi əslində İran rejiminin uğuru kimi təqdim oluna bilər”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri