Qalibaf: İran danışıqların davam etdirilməsi üçün ABŞ ın qarşısına 7 şərt qoyub
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ABŞ İranın məktubuna hələlik rəsmi və konkret cavab verməyib”.
APA xəbər verir ki, bunu “əl-Cəzira” telekanalına müsahibəsi zamanı İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O bildirib ki, danışıqların davam etdirilməsi üçün İranın müəyyən etdiyi 7 şərt yerinə yetirilməlidir və yalnız bundan sonra danışıqlar davam etdirilə və Hörmüz boğazı açıla bilər.
“Danışıqların istənilən formada davam etdirilməsi üçün müəyyən etdiyimiz 7 şərti yerinə yetirməlidirlər. Təbii ki, bundan sonra həm danışıqlar davam etdirilə, həm də danışıqlar başa çatdıqdan sonra Hörmüz boğazı açıla bilər”, - Qalibaf deyib.
Qalibaf ABŞ-nin İrana qarşı hərbi əməliyyatların qısa müddətdə İslam Respublikasının hakimiyyətini devirməklə nəticələnəcəyini düşündüyünü, lakin bunun baş vermədiyini iddia edib.
“ABŞ heç vaxt bu qədər ağır zərbə alacağını düşünmürdü. Onlar fikirləşirdilər ki, İrana gəlib öz baxışlarına görə, 3-4 günə və ya bir həftəyə İslam Respublikası sistemini çətin vəziyyətə salacaq, onu devirəcək və məqsədlərinə çatacaqlar. Lakin gördülər ki, belə bir şey yoxdur”, - Parlament sədri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















