Icma.az
close
up
RU
ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, ABŞ danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, ABŞ danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 18 may, AZƏRTAC

İran müharibəyə son qoymaq üçün ABŞ-a yenilənmiş razılaşma təklif edib, lakin Ağ Ev bu təklifin yetərli olmadığını düşünür.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Axios” ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən yazıb. Qeyd olunur ki, Trampın çərşənbə axşamı hərbi variantları müzakirə etmək üçün ən yüksək milli təhlükəsizlik qrupunu toplaması gözlənilir.

ABŞ-ın yüksək vəzifəli rəsmisi əlavə edib ki, əgər İran mövqeyini dəyişməsə, ABŞ danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq.

Yeni təklifdə İranın nüvə silahı əldə etməmək öhdəliyi ilə bağlı daha çox məqamlar var, lakin uranın zənginləşdirilməsinin dayandırılması və ya mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatının təhvil verilməsi ilə bağlı ətraflı öhdəliklər yoxdur.

"Bizə nüvə proqramı ilə bağlı real, möhkəm və ətraflı müzakirələr lazımdır. Əgər bu baş verməyəcəksə, bombalar vasitəsilə söhbət edəcəyik ki, bu da rüsvayçılıq olacaq”, - deyə mənbə bildirib.

ABŞ rəsmisi qeyd edib ki, İranın çox kiçik dəyişikliklərlə olsa da, yeni təklif verməsi onların ABŞ-ın gələcək hərbi əməliyyatlarından narahat olduqlarını göstərir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri