İran ABŞ danışıqları davam edir AÇIQLAMA
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran və ABŞ arasında danışıqlar davam edir və tərəflər mesaj mübadiləsi aparır.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi 8 iyunda jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
O deyib ki, tərəflər arasında mesaj mübadiləsi davam edir. Baqainin sözlərinə görə, Pakistan vasitəçi kimi prosesdə mühüm rol oynayır və danışıqların davam etdirilməsinə kömək edir.
Diplomat vurğulayıb ki, İran "müstəsna təmkin nümayiş etdirib".
"Biz dəfələrlə həm ABŞ, həm də İsrail tərəfindən atəşkəs rejiminin pozulması ilə qarşılaşmışıq", - XİN rəsmisi qeyd edib.
Baqainin sözlərinə görə, "Tehranın dünən gecə atdığı hərəkətlər İranın müdafiəsi və BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində tamamilə müdafiə xarakterli idi".
7 iyundan bəri Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrail Livana hücumlar təşkil edib və İran İsrailə hücumlarla cavab verib, İsrail də İrana bir sıra hücumlarla cavab verib.
Bazar ertəsi günü Yaxın Şərqdə gərginliyin artması fonunda, ABŞ prezidenti Donald Tramp İran və İsraili açıq şəkildə hücumları dayandırmağa çağırıb.
Tramp "Truth Social" platformasında yazıb: "İsrail və İran dərhal atəş açmağı dayandırmalıdır!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 İyun 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















