Icma.az
close
up
RU
ABŞ riskə gedəcəkmi?

ABŞ riskə gedəcəkmi?

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Tramp və Putin görüşünün Ukraynanı məğlubedici sülhə məcbur etməsi dünya iqtisadiyyatında və ayrı-ayrı ölkələrin iqtisadiyyatında hansı ciddi nəticələr doğura bilər?
İlk təsir neft və qaz bazarına olacaqdır.
Razılaşma müharibənin bitməsinə gətirib çıxaracağı halda, enerji bazarında gərginlik azalacaq neft və qaz qiymətləri düşməyə başlayacaq. Bunun əsas səbəbi Rusiya-Qərb arasındakı sanksiyaların yumşaldılmasına görə Moskvanın neft və qaz ixracını artırması olacaq. Enerji qiymətlərinin enməsi bütün enerji ixracatçıları kimi Azərbaycanın da neft-qaz ixracı gəlirlərinə mənfi təsir göstərəcək.
Amma burada bir məsələ var ki, hazırda Avropa ABŞ-dan bahalı LNG idxal edir. Rusiya ilə Qərb arasında münasibətlər istiləşərsə, Avropa ölkələri məcbur olduqları yüksək qiymətli LNG idxalını azaldaraq, Rusiya qazına qayıda bilər. Bu zaman ABŞ-ın Avropaya qaz satış azalacaq. Bu məqamın sualı budur ki, ABŞ bunu qəbul edəcəkmi? Ya bu itkinin nə ilə kompensasiya edilməsi nəzərdə tutulur?
Əsas məqam ABŞ-ın Çinlə qarşıdurmaya fokuslanması olacaq. ABŞ-ın Rusiyadan diqqətini ayırıb, Çinə yönəltməsi Asiya bazarlarında qeyri-müəyyənlik yaradacaq. Çinə tətbiq edilən tariflər güclənərsə, ticarət müharibəsi qızışacaq və qlobal tədarük zəncirləri pozula bilər. Bu həm də ABŞ-ın qlobal rolunun dəyişməsi deməkdir. Bu dəyişiklik investorların etibarına təsir göstərə bilər.
Eyni zamanda Rusiya ilə sülh ABŞ iqtisadiyyatına sabitlik gətirsə də, Avropa üçün təhdidləri gücləndirəcək. Avropa ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərindən məhrum olduqlarını hiss edib öz hərbi xərclərini artırmağa məcbur qalacaq. Bu isə xərclərin artmasına və iqtisadi tənəzzül riskino yüksəldəcəkdir.
ABŞ indi ehtimal edilənaddımları atarsa, ən acınaqlı halı Ukrayna yaşayacaq. Çünki, Ukrayna ərazi güzəştlərinə gedərsə, beynəlxalq investisiyalar ölkədən çıxacaq, iqtisadiyyat iflic olacaq. Müharibədən sonra infrastrukturun bərpası üçün beynəlxalq maliyyə yardımları zəifləyəcək. Bəlkə də daha pis.
MDB məkannda güc balanslarında daşlar yenidən oynaya bilər. Rusiya bölgədə daha dominant güc kimi çıxış edəcək. Bu isə digər respublikaların manevr imkanlarını məhdudlaşacaq.
ABŞ Rusiya ilə anlaşdıqdan sonra əsas diqqətini Çinə yönəldəcək. Bu, Çinin iqtisadi və hərbi cəhətdən sıxışdırılmasını daha da gücləndirəcək. Çinin ixracatına qarşı ABŞ və müttəfiqlərinin koordinasiyalı təzyiqi artacaq. Amerikanın Çinə qarşı apardığı strategiya Yaponiya, Cənubi Koreya, Hindistan və Avstraliya kimi müttəfiqlərin hərbi və iqtisadi cəhətdən gücləndirilməsini nəzərdə tutacaq. Xüsusilə Hindistan alternativ istehsal bazası kimi inkişaf etdiriləcək.
Eyn zamanda Çini zəiflətmək üçün Tayvana silah satışını və hərbi dəstəyini gücləndirəcək. Bu isə Çin üçün əlavə risklər yaradacaq. Bundan sonra Çin texnologiya şirkətləri üzərində yeni sanksiyalar tətbiq edilə bilər. Bu zaman Çin yarımkeçiricilər və yüksək texnologiyalar sahəsində çətinliklərlə üzləşə bilər.
Beləliklə, Tramp və Putin arasındakı sülh Ukraynanı məğlubedici razılaşmaya məcbur edərsə, bu arzuediləməz dəyişikliklərə səbəb ola bilər.
Bəs ABŞ bu riskə gedərmi? ABŞ-ın bu cür bir riski qəbul edib-etməyəcəyi sual altındadır. Çünki bu, yalnız Avropa və Ukrayna üçün deyil, həm də Asiya bazarları, qlobal tədarük zəncirləri və ABŞ-ın özünün iqtisadi və hərbi gücü üçün ciddi təsirlər yaradacaqdır. Buna görə də mən Trampın bu manevrlərinin dərinliyində da daha ciddi və sirr kimi saxlanılan bir strategiyanın durduğunu düşünürəm. O heç bir halda bu gün danışılanlar kimi, Ukrayna torpaqlarını Rusiyaya hədiyyə edib, onu rahat buraxa bilməz. Əks halda, bütün şərq yarım kürəsi üçün çətin günlər olacaq.
Eldəniz Əmirov, iqtisadçı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see382

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see315

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see299

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see278

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see275

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see270

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see268

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see235

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see219

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see210

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see203

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see200

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see193

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see186

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see186

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see184

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see171

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri