Icma.az
close
up
RU
ABŞ Rusiya “gizli anlaşma”sı Qərbi sarsıtdı: Avropa Birliyi Ukraynanı yeni “geostrateji layihə”yə çevirir

ABŞ Rusiya “gizli anlaşma”sı Qərbi sarsıtdı: Avropa Birliyi Ukraynanı yeni “geostrateji layihə”yə çevirir

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və Rusiya arasında qurulan yeni “gizli təmas kanalları” qlobal məkana “nizamlayıcı geopolitika”nın təkrarən geri qayıtdığını göstərir... Avropa Birliyi bu prosesdən kənara qalmamaq üçün daha sərt siyasi və maliyyə manevrləri edir, rəsmi Kiyev isə savaş üzrə Qərbin qərarlarının Ukraynasız formalaşması reallığı ilə üzləşib...

ABŞ, Ukrayna və Rusiya təmsilçiləri arasında məxfi bir görüşün keçirildiyi barədə məlumatlar yayılıb. Ona görə də, indi Qərb-Rusiya münasibətlərində yeni mərhələnin başlandığı iddia olunur. Belə ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun son açıqlamaları, Qərb mətbuatında yeni “Tramp planı” barədə sensasion iddiaların yer alması və Avropa liderlərinin kəskin etiraz bəyanatları Ukrayna savaşının yalnız cəbhədə deyil, həm də siyasi-diplomatik masada yeni situasiyaya daxil olduğunu təsdiqləyir. Və bu savaşın gələcək inkişaf prosesi baxımından, ABŞ-Rusiya dialoqunun əsas ğırlıq mərkəzinə çevrilməsi, Avropa Birliyinin isə kənarda qalmaq qorxusu ilə daha sərt mövqe tutması diqqəti çəkir.

Onu da qeyd etmək lazımdır ki, Yuri Uşakovun “tərəflər arasında sülh planı müzakirə olunmayıb” deməsinə baxmayaraq, digər açıqlamalar bunun tamamilə əksini göstərir. Onun dediyinə görə, Rusiya ABŞ-dan Ukrayna savaşının dayandırılması ilə bağlı bir neçə qeyri-rəsmi sənəd alıb və bəzi məqamlar Kreml tərəfindən “pozitiv qiymətləndirilir”. Kreml rəsmisinin bu açıqlaması siyasi-diplomatik mesaj baxımından, önəm daşıyır.

Çünki belə anlaşılır ki, ABŞ və Rusiya arasında siyasi-diplomatik təmas kanalları açıqdır, tərəflər rəsmi danışıqlar modelinə keçmədən ilkin variantları test edir, gizli ünsiyyət vasitəsilə “risksiz diplomatiya” variantına üstünlük verilir. Üstəlik, son görüşün xüsusi xidmət orqanları səviyyəsində keçirilməsi də qətiyyən təsadüfi deyil. Çünki bu format adətən, müzakirə tərəflərinin rəsmi məsuliyyət daşımadan “sülh planı”nın əsas struktur konturlarını müzakirə etdiyi mərhələlərdə seçilir.

Maraqlıdır ki, Qərb mətbuatının yaydığı məlumata görə, Ağ Evin hazırladığı “sülh planı” məhz Kremlin təqdim etdiyi şərt-təkliflər üzərindən formalaşdırılıb. Bu, geopolitik baxımdan, o demıkdir ki, ABŞ Ukrayna savaşının dondurulmasını və ya idarə olunan sülh variantını nəzərdən keçirir, Ağ Evin Rusiyanın təkliflərinə istinad etməsi münaqişənin sonsuz hərbi dinamikasını davam etdirmək niyyətində olmadığını göstərir.

Digər tərəfdən, ABŞ rəsmilərinin “Ukrayna Rusiyanın tələblərini qəbul etməyəcək” mesajlarına baxmayaraq, Ağ Ev yenə də Rusiya ilə dialoqu genişləndirir. Bu isə rəsmi Kiyevin Ukraynanın maraqlarını gündəmə gətirmək imkanlarını məhdudlaşdırır. Çünki ABŞ-Rusiya xəttində intensiv koordinasiya başlayıb, ABŞ-ın dövlət katibi Marko Rubionun “çoxsaylı yazılı qeyri-rəsmi diplomatik sənədlər” aldığını etiraf etməsi Ağ Ev və Kremlin bir neçə paralel razılaşma variantı üzərində işlədiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı ətrafında yaranmış situasiya və yeni “Tramp planı”nın “qoca qitə” üçün əlverişsiz məzmunu Avropa Birliyində ciddi narahatlıq və gərginlik yaradıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin “Rusiya Avropaya hücum etməyə hazırlaşır” bəyanatı sırf təhlükəsizlik mesajı deyil. Bu, həm də Avropa ictimaiyyətini uzunmüddətli müharibəyə hazırlamaq, Avropa Birliyi daxilində müdafiə inteqrasiyasını sürətləndirmək, ABŞ-Rusiya yaxınlaşmasının qarşısını almaq məqsədi daşıyır. Brüsseldə anlayırlar ki, ABŞ-Rusiya danışıqlarının ön plana çəkilməsi Avropa Birliyinin bu prosesdəki rolunu daha da zəiflədə bilər. Və bu, xüsusilə də, Almaniya-Baltikyanı ölkələr xəttində ciddi narazılıq doğurur.

Ona görə də, Avropa Birliyi rəsmi Kiyevə 140 milyard avroluq kredit xətti açaraq, “qoca qitə” üçün Ukraynanın “geostrateji layihə”yə çevrilməsinə çalışması qətiyyən gözlənilməz deyil. Avropa Komissiyasının açıqladığı yeni maliyyə mexanizmi Ukraynanın yaxın gələcəkdə Avropa Birliyi sisteminə inteqrasiya ssenarisinin açıq göstəricisi hesab olunur. Bu, bir tərəfdən, Avropa Birliyinin Rusiya ilə münasibətlərini daha da sərtləşdirsə də, digər tərəfdən, həm də “qoca qitə”nin ABŞ-dan asılılığını azaltmaq cəhdidir. Yəni, Avropa Birliyi Ukraynanı yalnız hərbi deyil, iqtisadi və siyasi baxımdan da öz orbitinə bağlamaq istəyini biruzə verir.

Belə anlaşılır ki, Ukrayna savaşının yalnız inkişaf istiqaməti deyil, həm də qlobal siyasi-diplomatik xəritə də ciddi şəkildə dəyişir. Yəni, Ukrayna savaşı hərbi mərhələdən tədricən geopolitik tənzimlənmə modelinə keçirilir, real sülh hələ yaxın olmasa da, müharibənin mövcud formatı artıq dəyişir. ABŞ və Rusiya arasında gizli şəkildə real struktur danışıqları da başlayıb. Rəsmi Kiyev isə siyasi-diplomatik masadan kənara saxlanılır.

Ona görə də, yeni “Tramp planı”nın əlverişsiz məzmunu ucbatından Avropa ölkələri “qoca qitə”nin təhlükəsizlik arxitekturasının yenidən qurulmasının qaçılmazlığını indi daha yaxşı anlayır. Brüssel müdafiə büdcəsini artırır, Ukraynanı Rusiyaya qarşı “strateji layihə”yə çevirməyə çalışır və ABŞ-dan daha fərqli mövqe tutmağa üstünlük verir. Və ABŞ-ın Rusiyanın şərtlərinə əsaslanan “sülh planı”, eləcə də, Avropa Birliyinin tədricən sərtləşən mövqeyi Ukrayna savaşının siyasi-diplomatik konteksini tamamilə dəyişir.

Göründüyü kimi, Ukrayna savaşı ətrafında yaranmış indiki situasiya qlobal məkanda artıq yeni geopolitik dövrün başlanğıcını qoyub. ABŞ və Rusiya arasında qurulan yeni gizli təmas kanalları bu məkana “nizamlayıcı geopolitika”nın geri qayıtdığını göstərir. Avropa Birliyi bu prosesdən kənara qalmamaq üçün daha sərt siyasi və maliyyə addımları atır. Və rəsmi Kiyev isə ilk dəfə olaraq, savaş üzrə Qərbin qərarlarının Ukraynasız formalaşması reallığı ilə üzləşib.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see229

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see218

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see186

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see180

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see165

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri