“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Mançester Siti”nin keçmiş oyunçusu Yaya Ture qanalı cinah oyunçusu Antuan Semenyonun “şəhərlilər”in klubuna keçidindən sonra onu dəstəkləyib.
İdman.Biz bildirir ki, daha əvvəl oyunçunun Mançester klubu ilə müqaviləsinin beş il yarım müddətinə bağlandığı, transfer haqqının isə 75 milyon avro (65 milyon funt sterlinq) olduğu açıqlanıb.
“42 nömrə etibarlı əllərdədir. “Mançester Siti” üçün əla, Afrika üçün əla. Uğurlar, Antuan Semenyo – “Siti” azarkeşləri sənə qayğı göstərəcək!" - Yaya Ture özünün X sosial media hesabında yazıb.
Qanalı cinah oyunçusu “şəhərlilər”in klubuna keçmək üçün Premyer Liqanın dörd klubundan (“Çelsi”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted”) imtina edib.
İngiltərə Premyer Liqasının hazırkı mövsümündə 25 yaşlı Antuan Semenyo 20 oyun keçirib, 10 qol vurub və üç məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Yanvar 2026 05:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















