Icma.az
close
up
RU
ABŞ Rusiya ilə məhbus mübadiləsi siyahısına Andre Xaçatryanı daxil etməyib

ABŞ Rusiya ilə məhbus mübadiləsi siyahısına Andre Xaçatryanı daxil etməyib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva, 20 may, AZƏRTAC

ABŞ vətəndaşı, erməni əsilli Andre Xaçatryan Amerika tərəfindən Rusiya ilə məhbus mübadiləsi üçün təqdim olunan siyahıya daxil edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra məlumat verib. O bildirib ki, prezidentlər “9-un 9-a” formatında mümkün məhbus mübadiləsi ilə bağlı razılığa gəlib.

Rusiya mediasının “Reuters” agentliyinə istinadla yaydığı məlumata görə, ABŞ tərəfi Rusiyada həbsdə olan və geri qaytarılmasını istədiyi doqquz vətəndaşının siyahısını Moskvaya təqdim edib. Siyahıda aşağıdakı şəxslərin adları yer alıb: Stiven Ceyms Habbard, Robert Gilman, Qordon Blek, Deniel Cozef Şnayder, Cozef Teyter, Maykl Trevis Lik, Robert Romanov Vudland, Yucin Spektor və Devid Barns.

Amerikalı məhbus Andre Xaçatryan bu siyahıya salınmayıb. O, 2021-ci ilin dekabrında ABŞ-dan Ermənistana tranzit uçuş zamanı Moskvanın Şeremetyevo hava limanında saxlanılıb. Onun baqajında patronlarla birlikdə “Glock 17” markalı tapança aşkar olunub. Xaçatryan 2023-cü ildə silah qaçaqmalçılığı ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Mediada yer alan məlumatlara görə, onun siyahıda olmamasının mümkün səbəbi ABŞ Dövlət Departamentinin Andre Xaçatryanı “qanunsuz saxlanılan şəxs” kimi tanımamasıdır. Bu isə o deməkdir ki, onun işi üzrə ABŞ-ın rəsmi olaraq girov və ya haqsız yerə həbs edilən şəxslər üçün nəzərdə tutduğu xüsusi diplomatik mexanizmlər tətbiq olunmur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see160

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see150

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see139

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see138

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see136

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see135

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see135

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see132

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see132

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see132

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see131

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see130

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see130

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see127

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see125

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see121

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri