Icma.az
close
up
RU
Andre Xaçaturyanın adı ABŞ tərəfindən Rusiya ilə dəyişdiriləcək məhbusların siyahısına daxil edilməyib

Andre Xaçaturyanın adı ABŞ tərəfindən Rusiya ilə dəyişdiriləcək məhbusların siyahısına daxil edilməyib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Moskva, 20 may, AZƏRTAC

Erməniəsilli ABŞ vətəndaşı Andre Xaçaturyanın adı ABŞ tərəfindən Rusiya ilə dəyişdiriləcək məhbuslar siyahısına daxil edilməyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, mayın 19-da prezidentlər Donald Tramp ilə Vladimir Putin arasında telefon danışığı zamanı “9-a 9” düsturu əsasında mümkün məhbus mübadiləsi barədə razılıq əldə olunub.

Rusiya mətbuatının “Reuters” agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ tərəfi Moskvaya Rusiya Federasiyasında həbsdə olan və Vaşinqtonun geri qaytarmaq istədiyi 9 ABŞ vətəndaşının siyahısını verib. Siyahıya Stiven Ceyms Habbard, Robert Gilman, Qordon Blek, Daniel Cosef Şnayder, Cosef Teyter, Maykl Trevis Lik, Robert Romanov Vudlend, Yucin Spektor və Devid Barns daxildirlər.

Daha bir amerikalı məhbus Andre Xaçaturyanın adı bu siyahıya daxil edilməyib. O, 2021-ci ilin dekabrında Moskvanın Şeremetyevo hava limanında ABŞ-dan Ermənistana tranzit reysi ilə uçarkən həbs edilib. Onun baqajından gülləsi olan “Glock 17” tapançası tapılıb. 2023-cü ildə Xaçaturyan silah qaçaqmalçılığı ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Mətbuatın yazdığına görə, onun mübadilə siyahısında olmamasının ehtimal edilən səbəbi ABŞ Dövlət Departamentinin Xaçaturyanı “nahaq həbs edilmiş” kimi tanımamasıdır. Bu o deməkdir ki, onun işi Vaşinqton tərəfindən rəsmi olaraq girov kimi tanınan və ya haqsız yerə həbs edilmiş şəxslərin buraxılması məqsədilə istifadə olunan xüsusi diplomatik mexanizmlərə aid deyil.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see172

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri