ABŞ Rusiya Ukrayna münaqişəsinin həllində vasitəçi rolundan imtina etməyəcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin administrasiyası Rusiya – Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini dayandırmayacaq, lakin səmərəsiz danışıqlarda iştirak etmək niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ondan soruşublar ki, aprel ayında Amerika hakimiyyəti tərəfindən elan edildiyi kimi, konkret irəliləyiş olmadığı təqdirdə Vaşinqton vasitəçi rolundan imtina etmək niyyətindədirmi.
“Əminliklə deyə bilərəm ki, ABŞ Prezidenti Donald Tramp sülhə nail olmaq üçün lazım olduğu müddətdə sülh yolu ilə həll səylərini dəstəkləməyə hazırdır. Lakin biz bütün dünya boyunca uçmağa və məhsuldar olmayacaq görüşlərdə iştirak etməyə davam edə bilmərik. Mən NATO sammiti səbəbindən burada olmalı idim, ona görə də hər şey belə alındı”, – Rubio cavab verib.
Dövlət katibi əlavə edib ki, ABŞ “artıq bu danışıqların arxasınca bütün dünya boyunca qaçmayacaq”. “Biz gəldik, çünki bizə Rusiya və Ukrayna arasında birbaşa qarşılıqlı əlaqənin baş verə biləcəyi deyilmişdi. Əvvəlcədən belə planlaşdırılmışdı. Siz hamınız eyni şeyi eşitmisiniz. Amma bu hələ baş verməyib”, – dövlət katibi bildirib.
Rubio hesab edir ki, Rusiya nümayəndə heyətinin tərkibi danışıqların Rusiya – Ukrayna münaqişəsinin həllində irəliləyişə gətirib çıxarmayacağını göstərir.
“Rusiya tərəfinin göndərdiyi komandanın səviyyəsi, əlbəttə, onun ciddi irəliləyişə səbəb olacağını göstərmir. Ümid edirəm ki, yanılıram. Ümid edirəm ki, 100 % yanılıram. Ümid edirəm ki, sabah xəbərlərdə onların atəşkəs barədə razılaşdıqlarını və ciddi danışıqlara başlamağa razı olduqlarını deyəcəklər. Amma mən sadəcə sizə öz qiymətləndirməmi verirəm”, – dövlət katibi vurğulayıb./report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 May 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















