Kreml ABŞ ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ-ın Ukrayna münaqişəsində tamamilə neytral olduğunu demək olmaz.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Avropa İttifaqı və Ukraynaya təsiri və Trampın sülh yolu ilə həllə kömək etmək üçün səmimi istəyi nəzərə alınmaqla, ABŞ-ın Ukrayna münaqişəsində tamamilə neytral olduğunu demək olmaz.
Peskov vurğulayıb ki, Rusiya ABŞ-ın Ukraynadakı vəziyyətin həllinə kömək etmək istəyini yüksək qiymətləndirir: “Hələlik heç kim bundan imtina etməyib”.
Putinin sözçüsü Kremlin ABŞ-dan Vaşinqtonun artıq Ukraynada neytral vasitəçi olmadığını təsdiqləyən heç bir açıqlama eşitmədiyini də vurğulayıb.
Bu mövzuda digər xəbərlər:ABŞ Rusiya Ukrayna münaqişəsinin həllində vasitəçi rolundan imtina etməyəcək
16 May 2025 00:22
ABŞ Ukrayna münaqişəsinin diplomatik həllində maraqlıdır
28 İyun 2025 22:23
Rusiya Ukrayna münaqişəsinin həllində ən güclü vasitəçi… Peskov açıqladı
27 May 2025 04:50
ABŞ Ukrayna məsələsində artıq neytral vasitəçi deyil Makron
26 İyun 2026 07:15
Finlandiya və Norveç Ukrayna münaqişəsinin həllində vasitəçi olmaq niyyətində deyil
27 Oktyabr 2026 20:22
Baxış sayı:167
Bu xəbər 26 İyun 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















