Icma.az
close
up
RU
ABŞ, Rusiya və Ukrayna liderləri nə vaxt görüşəcək? Üçtərəfli sammitin detalları açıqlanıb

ABŞ, Rusiya və Ukrayna liderləri nə vaxt görüşəcək? Üçtərəfli sammitin detalları açıqlanıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ, Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə üçtərəfli sammit gələn həftənin sonunda keçirilə bilər.

525.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda Vaşinqton Vladimir Putin, Donald Tramp və Vladimir Zelenskinin gürüşü üçün məkan axtarışındadır.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofun Moskvaya son səfəri zamanı üçtərəfli görüş ideyası gündəmə gəlib. Lakin Moskva bu təklifi şərh etməyib və diqqəti 15 avqustda Alyaskada baş tutacaq Putin-Tramp görüşünə yönəltməyə üstünlük verib.

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri ilə üçtərəfli görüş planlarını təsdiqləyib. O bildirib ki, Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək görüşdən dərhal sonra belə bir sammit keçirmək niyyətindədir: “Əgər ilk görüş uğurlu alınsa, tezliklə ikinci görüşü də keçirəcəyik. Mən istəyirəm ki, bu görüş dərhal baş versin. Əgər onlar istəsələr, prezident Putin, prezident Zelenski və mən bir araya gələcəyik”.

Bununla belə, Tramp bildirib ki, əgər Putinlə görüşdən razı qalmasa, üçtərəfli görüş baş tutmaya da bilər. Hətta Ukrayna üzrə danışıqlardan tamamilə çəkilə biləcəyini istisna etməyib: “Gedib sadəcə “uğurlar” deyə bilərəm. Bu da məsələnin sonu olar”.

Onun sözlərinə görə, Alyaskada aparılacaq dialoqun ilk dəqiqələri onun üçün kifayət edəcək ki, Ukrayna ilə bağlı razılaşmanın mümkün olub-olmadığını anlasın.

Tramp həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin Alyaskada keçiriləcək Tramp-Putin görüşünə niyə dəvət edilmədiyinə də aydınlıq gətirib. Bu barədə o, Ağ Evdə jurnalistlərlə keçirdiyi brifinq zamanı danışıb. “Zelenski bu prosesin bir hissəsi deyil” - deyə Tramp bildirib.

Bununla belə, ABŞ lideri əlavə edib ki, Putinlə danışıqlar bitdikdən dərhal sonra Zelenskiyə zəng vuraraq görüşün nəticələri barədə onu ilk məlumatlandıran şəxs özü olacaq.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri