Zelenski Rusiya Ukrayna ABŞ üçtərəfli danışıqlarını şərh etdi
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv qiymətləndirib.
Zelenski bu barədə "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, tərəflər humanitar addımların atılmasının zəruriliyini və bu addımların nədən ibarət ola biləcəyini müzakirə ediblər. Görüşdə Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi, bu təminatların uzun müddət qüvvədə qalması üçün hansı şərtlərin lazım olduğu və gərginliyin azaldılması üçün atılmalı addımlar da müzakirə olunub.
Bəzi məlumatlara görə, iştirakçılar qitədə yeni təhlükəsizlik sisteminin formalaşdırılmasının əsas məsələlərini də nəzərdən keçiriblər. Həmçinin bildirilir ki, Moskva, Vaşinqton və Kiyevin nümayəndələri təhdidlərin qarşısının alınması mexanizmlərinin hazırlanmasına və regional sabitliyin möhkəmləndirilməsinə diqqət yetirməyi planlaşdırırlar.
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlar iki gün davam edəcək. İlk görüş 40 dəqiqəlik fasilə ilə dörd saat yarım çəkib. Danışıqlar sabah davam edəcək.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Noyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















