Icma.az
close
up
RU
ABŞ, Rusiya və Ukrayna razılaşdı: Dünyaya elan ediləcək

ABŞ, Rusiya və Ukrayna razılaşdı: Dünyaya elan ediləcək

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Euronews” kanalına verdiyi müsahibəsində Rusiya və Ukrayna arasında sülh danışıqlarının İstanbulda keçirilməsinin mümkün olduğu vurğulanıb. 

Altun Türkiyənin bu prosesə hərtərəfli dəstək göstərməyə hazır olduğunu, o cümlədən humanitar yardım və danışıqların təşkilində vasitəçilik edə biləcəyini bildirib. Onun sözlərinə görə, Türkiyə regional sülhün və qlobal sabitliyin təmin edilməsi üçün bütün səyləri göstərməyə davam edəcək. 

Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşenko isə 23 dekabrda Rusiya ilə danışıqların "qaçılmaz" olduğunu qeyd edib. Lakin Leşenko, Ukraynanın danışıqlara güclü mövqe ilə qatılmalı olduğunu vurğulayıb. O, bu güclü mövqeni təmin edəcək əsas amillərdən biri kimi Ukraynanın NATO-ya dəvət edilməsini göstərib. 

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin birbaşa yayım zamanı Moskvanın danışıqlara və kompromislərə hazır olduğunu, lakin Ukrayna tərəfinin dialoqdan imtina etdiyini bildirib. Rusiya Ukraynanın NATO-ya qoşulma ehtimalını qəbul etmir və Moskva bu məqsədi 2022-ci ildə başlanan hərbi əməliyyatların əsas səbəblərindən biri kimi göstərir.

Türkiyənin vasitəçiliyi sülh prosesinə yeni impuls gətirə bilər. Lakin tərəflərin əsas mübahisəli məsələlər, xüsusilə Ukraynanın NATO üzvlüyü ilə bağlı mövqelərində dəyişiklik etməsi bu danışıqların uğuru üçün əsas şərtdir. Regional güc kimi Türkiyənin bu prosesdə aktiv rol oynaması həm tərəflərin etimadını qazanmaq, həm də bölgədə sabitliyi təmin etmək məqsədi güdür. 

Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına nail ola bilərmi? Suriyada baş verən hadisələr Rusiya Türkiyə münasibətlərinə necə təsir edir? 

Türkiyəli politoloq, analitik Engin Özer “Cebheinfo.az”- a bildirib ki, Suriya mövzusunda Rusiya ilə bir problem var: 

"Əgər “Heyət Təhrir əş-Şam” Rusiyanın Suriyada yerləşən bazalarının qalmasına icazə versə, bu, Türkiyə ilə Rusiya arasındakı gərginliyi azalda bilər. Rusiya üçün əsas məsələ orada hərbi varlığını qoruyub saxlamaqdır. Hansı hökumətin olmasının Rusiya üçün önəmi yoxdur. Yəni əsas olaraq həmin bazalara diqqət edir və bu gün gördüyümüz qədərilə bazalar qalacaq. Suriyada keçici hökumətin belə bir yanaşması var". 

Ukrayna məsələsinə fikir bildirən ekspert qeyd edib ki, son altı ay ərzində Ukraynada münaqişənin dondurulması ilə bağlı işlər davam edir. Bu mövzu ilə bağlı Trampın planı artıq məlumdur və bu, heç kim üçün yeni xəbər deyil:

"Əslində bu plan Türkiyənin planı ilə üst-üstə düşür. 

Türkiyə bunu daha əvvəl Ukraynaya çatdırmış və detallı şəkildə bu planı hazırlamışdı. Bu gün gəldiyimiz nöqtədə artıq Amerika məsləhətçiləri vasitəsilə Kremlinə çatdırılan sülh planı münaqişənin müddətsiz olaraq dayandırılmasına, yəni dondurulmasına və atəşkəs razılaşmasının imzalanmasına əsaslanır”. 

Ekspert deyib ki, planın detalları tam məlum olmasa da, münaqişənin dondurulması ilə bağlı Ukrayna, Rusiya və Amerika Birləşmiş Ştatları arasında razılaşma əldə edilib: 

“Bu razılaşmanın dünya ictimaiyyətinə elan edilməsi məsələsi var. Bunun üçün üçüncü bir ölkədə Putin və Tramp bir araya gələrək bu xəbəri ictimaiyyətə açıqlayacaq. Plan indiki cəbhə xəttinə avropalı əsgərlərin yerləşdirilməsi, Ukraynanın NATO-ya üzvlük məsələsindən uzun müddətlik imtina etməsi və bunu rəsmi sənədlərlə təsdiqləməsi üzərində qurulub. 

Lakin Avropa İttifaqı ilə bağlı prosesin sürətləndirilməsi məsələsi də var. Bundan əlavə, bəzi sanksiyaların, məsələn, Rusiyaya birbaşa uçuşların başlaması və ya Rusiya vətəndaşlarının həyatına birbaşa təsir edən bəzi məhdudiyyətlərin qaldırılması nəzərdə tutulur. Ancaq enerji və Rusiyanın dünya bankçılıq sisteminə geri qayıtması kimi dövlətə təsir edən böyük sanksiyalar davam edəcək. 

Çox güman ki, yanvarın 20-dən əvvəl Rusiya-Ukrayna görüşü Türkiyədə ola bilər. Türkiyədə Tramp və Putin görüşündən sonra bu razılaşma dünyaya elan ediləcək və Trampın 20 yanvarda vəzifəsinə başlaması ilə atəşkəs razılaşması imzalanacaq".

 Səbinə Uğur 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri