ABŞ və Ukrayna bu sahədə razılaşdı
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Kiyev və Vaşinqton qiymətli sərvətlər üzrə razılaşma üzərində irəliləyiş əldə ediblər və bu razılaşma niyyət protokolunda təsdiq ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukraynanın birinci vitse-prezidenti və iqtisadiyyat naziri Yuliya Sviridenko “Facebook”-da məlumat verib.
"Bizim texniki komandalar çox ciddi işləyiblər, razılaşma üzərində böyük irəliləyiş var, hüquqşünaslar razılaşma layihəsində düzgün məqamları vurğulayıblar.
Amerika tərəfi ilə bu müsbət nəticəni niyyət protokolunda təsdiqləməyə qərar verdik və yaxın zamanda razılaşmanın sənədləşdirilməsi işini tamamlamağa hazırlaşırıq", - deyə o qeyd edib.Sviridenko əlavə edib ki, əsas razılaşmanın konkret bəndləri üzərində iş aparılır, "bir çox məsələlər artıq işlənib".
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















