Icma.az
close
up
RU
ABŞ Rusiya yaxınlaşması bəzi məsələlərdə Azərbaycana problem yarada bilər

ABŞ Rusiya yaxınlaşması bəzi məsələlərdə Azərbaycana problem yarada bilər

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün İstanbulda Rusiya ilə ABŞ diplomatlarının görüşü olub. Görüşdə iki ölkənin səfirliklərinin işlərindəki problemlər müzakirə edilib.

Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-Rusiya münasibətlərində yaxınlaşma hiss olunur. Hətta tərəflərin Ukrayna münaqişəsi daxil, bir sıra məsələlər üzrə razılıq əldə etdiyi də bildirilir.

ABŞ-Rusiya yaxınlaşması bölgə üçün nələr vəd edir?

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın prezident seçilməsindən sonra ABŞ-Rusiya yaxınlaşması inkişaf edən xətt üzrə davam edir.

Onun sözlərinə görə, əsas problemlərdən biri olan Ukrayna-Rusiya savaşında da Trampla Putinin çıxışları eyni məzmun kəsb edir:

"Hətta Putindən sonra Zelenskiyə qarşı "diktator" sözünü ilk dəfə Tramp adminstrasiyası işlədib. Bu, indiki məqamda Rusiya-ABŞ münasibətlərinin hansı sürətlə yaxınlaşdığını göstərir. Mövcud yaxınlaşma bundan sonra da davam edəcək. Çünki Tramp biznesmen təfəkkürlü insandır və məsələlərə daha çox maliyyə tərəfindən baxır. Bu fonda Rusiya ilə əməkdaşlıq Amerikaya gəlir gətirir və ümumi ticarəti artırır".

Trampın əsas hədəfinin Çin olduğunu qeyd edən T.Abbaslının fikrincə, ABŞ prezidenti Pekinlə rəqabətə girmək istəyir. Ona görə də Rusiyanı özünə çəkməklə, Rusiya-Çin yaxınlaşmasına əngəl olmağa çalışır.

"İndiki məqamda Rusiya-Çin mütəffiqliyi ABŞ üçün təhlükəlidir. Lakin Rusiya-ABŞ yaxınlaşmasının uzun müddət sürəcəyi gözlənilmir. Çünki onlar təbii deyil, məcburi mütəffiqdirlər. Bir müddətdən sonra yenidən rəqabət başlayacaq”.

Həmsöhbətimiz hesab edir ki, mövcud vəziyyətdə ABŞ-Rusiya yaxınlaşması regionumuz üçün təhlükə yaratmır:

“Tərəflərin gərgin münasibəti regionumuz üçün daha təhlükəlidir. Bu halda Putin və Trampın geosiyasi məsələlərə yanaşmasında rəqabət artır. Nəticədə müxtəlif regionlar poliqona çevrilir. Məsələn, son zamanlar Gürcüstan ABŞ-Rusiya qarşıdurmasının poliqonuna çevrilmişdi. Ondan əvvəl Ermənistanla eyni vəziyyət yaşanmışdı".

Tural Abbaslı: Məcburi mütəffiqlər arasında yenidən rəqabət başlayacaq

T.Abbaslı bildirib ki, ABŞ-Rusiya yaxınlaşması bəzi məsələlərdə Azərbaycan üçün problem yarada bilər. Bu ölkələr ATƏT-in Minsk qrupunda həmsədr idilər. Minsk qrupu fəaliyyətsiz olsa da, rəsmi şəkildə fəaliyyəti dayandırılmayıb:

"Bu ölkələr Zəngəzur məsələsində Ermənistanı müdafiə etsələr, Azərbaycanın mövqeyinin əleyhinə ola bilərlər. lakin bu o qədər də real görünmür. Çünki ölkəmiz regionun əsas aparıcı, lider dövlətidir. ABŞ və Rusiya başa düşür ki, Cənubi Qafqazda Azərbaycanın maraqları ilə uzlaşmaq lazımdır".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri