Icma.az
close
up
RU
ABŞ Rusiya yaxınlaşması Azərbaycana nə vəd edir? ŞƏRH

ABŞ Rusiya yaxınlaşması Azərbaycana nə vəd edir? ŞƏRH

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna məsələsi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinlə dialoqa başlayıb. Qarşıdakı müddətdə Rusiya-ABŞ münasibətlərində yumşalmaların olacağı proqnozlaşdırılır. Hazırki vəziyyətdə Avropa İttifaqı narahatdır. Çünki ABŞ Avropaya özünü müdafiə etməsi və buna görə müdafiə xərclərini artırması barədə mesajlar ünvanlayıb. Eləcə də Çinin vəziyyətdən necə təsirlənəcəyi maraq doğurur.

Bəs ABŞ-Rusiya yaxınlaşması Azərbaycana nələr vəd edir?

Azərbaycan-ABŞ Parlamentlərarası İşçi Qrupunun üzvü Asim Mollazadə Modern.az-a bildirib ki, Rusiya-ABŞ münasibətləri Azərbaycana təsir etmir:

"Azərbaycan bölgədə müharibələrin dayandırılmasını istəyir. Layihələrimizi həyata keçirmək üçün Azərbaycana stabillik çox önəmlidir. Rusiya-ABŞ arasındakı dialoq uzun prosesdir. Onların münasibətləri çox vaxt gərgin olub. Bu münasibətlərin Azərbaycana bilavasitə təsirləri yoxdur. Bizə stabillik, Ukraynada və Yaxın Şərqdə müharibənin dayanması lazımdır. Bu, ölkəmizin maraqlarına uyğundur. Başqa cür yaxınlaşmanın dərinliyinə  inanmıram. Çünki ABŞ Rusiyanı artıq ciddi rəqib kimi qəbul etmir".

Deputat vurğulayıb ki, ABŞ-nin ən böyük problemi Çindir:

"Rusiya ilə münasibətləri yaxınlaşdıraraq ABŞ onu Çindən uzaqlaşdırır. Çünki Çin-Rusiya birliyi ABŞ-yə maneçilik törədir. Əslində Avropa Birliyi ABŞ-nin onlara qarşı irəli sürdüyü tələblərdən məmnun deyil. ABŞ deyir ki, Avropa Birliyi öz təhlükəsizliyini təmin etməyə öyrəşməlidir, hərbi xərcləri artırmalıdır. Avropa Birliyi bundan çox narahatdır. Çünki uzun illər təhlükəsizlik məsələləri ilə bağlı bütün xərclər ABŞ-nin üzərindəydi. Avropa İttifaqı sosial xərclərlə bağlı məsələlərini daha rahatlıqla həll edirdi. ABŞ-nin tələbləri, ətrafda olan gərgin vəziyyət Avropa Birliyini çox narahat edir. ABŞ Avropadan daha böyük tariflər tələb edir. Ümumiyyətlə, bu Avropa iqtisadiyyatı üçün ciddi zərbəyə çevrilə bilər. Onun üçün mənə elə gəlir ki, ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması Avropa Birliyini çox narahat edir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri