Icma.az
close
up
RU
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur

ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ-ın başlatdığı “sülh prosesi” əslində, Ukrayna savaşının geopolitik xəritəsinin yenidən cızılma cəhdidir, Ağ Ev atdığı addımlar iki önəmli hədəfə - sürətli razılaşmaya və regionun taktiki bölüşdürülməsinə indeksləşib... Böyük ehtimalla növbəti mərhələdə Zelenski hakimiyyətinin ABŞ-ın təzyiqlərinə tab gətirə biləcəyi, yoxsa Ukraynanın daxilində yeni siyasi transformasiyanın qaçılmaz olacağı ilə bağlı taleyüklü məqamlar aydınlaşmağa başlayacaq...

ABŞ Ukraynaya qarşı çoxvektorlu təzyiq kampaniyasını maksimum həddə çatdırıb. Yəni, Ağ Ev rəsmi Kiyevi dalana sıxışdırmağa çalışır və bu, Ukrayna üzrə sülh prosesində yeni geopolitik mərhələ hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Trampın son mesajları Ukrayna savaşı üzrə siyasi-diplomatik prosesin kəskin dönüş mərhələsinə daxil olduğunu göstərir. Ağ Ev sahibi ilk dəfə olaraq, açıq şəkildə bəyan edib ki, ABŞ yalnız “real sülh şansı” yaranarsa, Avropada keçiriləcək növbəti Ukrayna sammitinə qatıla bilər. Və bu, Tramp administrasiyasının strateji yanaşmasının əsasən taktiki xarakter daşıdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın mesajı “sülh planı yox, siyasi məcburetmə” məzmunu daşıyır. Belə ki, həmin mesajdan aydın olur ki, ABŞ sülh prosesində yalnız nəticəni təmin etmək üçün iştirak edir. Ağ Ev sahibi Avropa liderlərinin də danışıqlara qatılması ilə barışıb, ancaq prezident Volodimir Zelenskiyə qarşı sərt mövqeyini də  qətiyyən gizlətmir. Və o, açıq şəkildə bildirir ki, ABŞ-ın təqdim etdiyi yeni “sülh planı” Ukrayna siyasi dairələrində geniş dəstək qazanıb, ancaq “yalnız prezident Volodimir Zelenski buna qarşı çıxır”.

Belə anlaşılır ki, indiki mərhələdə ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinin müttəfiqi rolunda çıxış edir. Çünki Kreml də müxtəlif bəhanələrlə prezident Volodimir Zelenskinin hakimiyyətdən kənarlaşdırılmasına yönəlik tələblər irəli sürür. Ona görə də, Ağ Ev sahibinin son mesajları faktiki olaraq, prezident Volodimir Zelenskiyə ünvanlanmış siyasi təcrid xəbərdarlığı kimi qəbul olunur. Qərb mətbuatının yazdığına görə, ABŞ lideri Avropa dövlətlərinin başçıları ilə telefon danışığında onları prezident Volodimir Zelenskiyə təzyiq göstərməyə çağırıb. Əsas məqsəd isə yeni “Tramp planı”na hələ də müqavimət göstərən Ukrayna prezidentini Ağ Evin təklif etdiyi sənədi qəbul etməyə məcbur buraxmaqdır.

Ancaq prezident Donald Tramp nə qədər beynəlxalq ictimaiyyəti yanıltmağa çalışsa da, rəsmi Kiyev ABŞ-ın “sülh planı” ilə bağlı Ukraynanın “qırmızı cizgilər”ni artıq müəyyən edib və Donbasdan geri çəkilməyin mümkün olmadığını bildirib. Çünki yeni “Tramp planı”nın ən mübahisəli bəndi məhz Ukrayna ordusunun bütün Donbas ərazisindən çıxarılması ilə bağlıdır. Prezident Volodimir Zelenski isə bu təklifin qəbuledilməz olduğunu açıq bəyan edib. Rəsmi Kiyev anlayır ki, belə geri çəkilmə ölkədaxili siyasi sistemdə çöküşə, ordu daxilində parçalanmaya və siyasi-ictimai legitimliyin tam itirilməsinə səbəb olacaq.

Göründüyü kimi, əslində, yeni “Tramp planı” rəsmi Kiyevin strateji “qırmızı cizgilər”ini hədəf almaqla yanaşı, həm də prezident Volodimir Zelenski üçün siyasi-diplomatik tələ xarakteri daşıyır. Ona görə də, rəsmi Kiyev Tramp administrasiyasının qurduğu oyunun zərbələrini nisbətən yumşaltmaq üçün yeni iqtisadi model irəli sürərək, Donbasda demilitarizasiya olunmuş “azad iqtisadi zona”nın yaradılmasını təklif edir. Həmin azad iqtisadi zonada ABŞ şirkətlərinin fəaliyyətinə şərait yaradılacağı bildirilir. Və rəsmi Kiyevin bu modeli həm Ağ Evin iqtisadi cəhətdən şirnikləndirmək, həm də həmin regionu Rusiyanın nəzarətinə keçmədən “neytral status”da saxlamaq məqsədi daşıyır.

Ancaq rəsmi Kiyevin “azad iqtisadi zona”nın yaradılması ilə bağlı təklifinin reallaşdırma mexanizmləri siyasi cəhətdən olduqca qəlizdir. Çünki Ukraynanın bölgəyə hərbi nəzarəti zəifləyir, regionun statusu qeyri-müəyyənləşir və prezident Volodimir Zelenski ölkədaxili dayaqlarını itirməkdə davam edir. Yəni, bu təklif Ağ Ev sahibi Donald Trampı deyil, daha çox ABŞ-ın iqtisadi çevrələrini “oyuna gətirmə” strategiyası kimi görünür.

Digər tərəfdən, Ukraynanın Avropalı müttəfiqlər artıq bəyan edirlər ki, yeni “Tramp planı”nı müəyyən şərtlər çərçivəsində hərbi və kəşfiyyat dəstəyi ilə müşayiət etməyə hazırdırlar. “Qoca qitə” ölkələri ABŞ ilə açıq şəkildə yeni siyasi qarşıdurmaya getmək istəmirlər. Çünki Ukraynanın uzunmüddətli maliyyələşdirilməsi, silahlandırılması və enerji təhlükəsizliyinin təmin olunması üçün Avropa dövlətləri “Trampın kursu”na uyğunlaşmaq məcburiyyətindədir. Bu isə öz növbəsində prezident Volodimir Zelenski üçün daha bir əlavə təzyiq vektoru yaradır. ABŞ və Avropanın koordinasiyalı mövqeyi isə rəsmi Kiyevin manevr imkanlarını ciddi şəkildə azaldır.

Bütün bunlara paralel olaraq, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml hələ ABŞ və Avropa tərəfindən göndərilən sənədlərin yenidən işlənmiş variantlarını təhlil etməyib. Ancaq o, vurğulayıb ki, Kreml həmin variantlarda Rusiyanın maraqlarına uyğun gəlməyən çox şeyin ola biləcəyinə qətiyyən şübhə etmir. Yəni, Rusiya Donbasın tam nəzarətini tələb edir və Kremlin demilitarizasiya olunmuş bölgədə “azad iqtisadi zona”ya razı olacağı inandırıcı görünmür. Ancaq Tramp administrasiyasının real sülhə yox, sürətli razılaşmaya çalışması müəyyən mənada, Rusiya üçün “oynaq pəncərə” də yarada bilər.

Belə anlaşılır ki, ABŞ-ın əsas məqsədi sülh danışıqları deyil, yeni güc balansının qurulması və Zelenski hakimiyyətinin geopolitik dalana salınmasıdır. Üstəlik, ABŞ-la qarşıdurmadan çəkinən Avropa dövlətləri də rəsmi Kiyevə qarşı bu təzyiq mexanizminə qoşulur. Rəsmi Kiyev isə Donbasın statusu üzrə iqtisadi güzəştlərlə ABŞ-ın Ukraynaya dəstəyini qorumağa çalışır. Və hazırda kənardan prosesi izləyərək, öz hərbi qənimətlərini gözləyən Rusiyanın da hansısa mərhələdə müəyyən kompromislərə məcbur edilə biləcəyi ilə bağlı ehtimallar artmaqdadır.

Göründüyü kimi, bu proses əslində, Ukrayna savaşının geopolitik xəritəsinin yenidən cızılma cəhdidir. Tramp administrasiyasının Ukrayna savaşına yönəlik siyasəti iki önəmli hədəfə - sürətli razılaşmaya və regionun taktiki bölüşdürülməsinə indeksləşib. Növbəti mərhələdə isə Zelenski hakimiyyətinin bu təzyiqə tab gətirə biləcəyi, yoxsa Ukraynanın daxilində yeni siyasi transformasiyanın qaçılmaz olacağı ilə bağlı məqamlar aydınlaşmağa başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Dekabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri