Ukrayna Rusiyanı ABŞ raketi ilə bombaladı
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Braynsk bölgəsinə ABŞ istehsalı olan uzaqmənzilli taktiki ATACMS raketləri ilə hücum etdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, açıqlamada Ukrayna ordusunun Bryansk bölgəsinə 6 ballistik raket atdığı bildirilib. Açıqlamada raketlərin S-400 və “Pantsir” hava hücumundan müdafiə raket sistemləri ilə zərərsizləşdirildiyi qeyd edilib.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatında, “Hücumda ABŞ istehsalı olan ATACMS operativ-taktiki raketlərindən istifadə edilib. Onlardan 5-i vurulub, 1-i zədələnib. Onun hissələri Bryansk vilayətində hərbi obyektin texniki zonasına düşüb” - deyə bildirilib.
Qeyd edək ki, ABŞ administrasiyasının Ukraynaya məhdud şəkildə Rusiya ərazisində uzaqmənzilli ABŞ silahlarından istifadə etməyə icazə verdiyi barədə xəbərlər dərc edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















