“ABŞ Rusiyaya qarşı lazımi tədbir görəcək”
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əgər Ukrayna müharibəsi başa çatmasa, ABŞ Rusiyaya qarşı lazımi tədbir görəcək”.
Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset Brüsseldə keçirilən NATO-Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında çıxışı zamanı söyləyib.
O bildirib ki, Tramp administrasiyasının siyasəti nəticəsində son aylarda Avropanın Ukraynanın müdafiəsinə yatırımı əhəmiyyətli dərəcədə artıb:
“ABŞ də üzərinə düşəni yerinə yetirəcək, amma avropalılar qitənin müdafiəsində əsas məsuliyyəti daşımalıdırlar.”
P. Heqset qeyd edib ki, NATO müttəfiqləri avqustdan bəri ABŞ silahlarının Ukraynaya tədarükünü təmin edən “PURL” təşəbbüsü vasitəsilə Kiyevə 2 milyard dollardan çox yardım göstərib.

ABŞ Rusiyaya qarşı tədbir görə bilər ABŞ nin müdafiə naziri
15 Oktyabr 2025 17:52
Rusiyaya qarşı lazımi addımlar atılacaq Pentaqon
15 Oktyabr 2025 20:40
ABŞ Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ
21 Noyabr 2024 22:29
ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib
21 Noyabr 2024 22:58
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
21 Noyabr 2024 23:18

