ABŞ saziş bağladı, geri çəkilir Türkiyə savaşa girir?
Icma.az, Axar.az saytına istinadən bildirir.
Amerika Birləşmiş Ştatlarının husilərlə atəşkəs razılaşmasının uzun çəkəcəyi şübhə doğurur. Husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qalacaqlarını bəyan ediblər. Husilər Səudiyyə Ərəbistanının gəmiləri istisna olmaqla digər ölkələrin, o cümlədən ABŞ və İsrailin gəmilərinə hücum etməyəcəklərini vəd veriblər. Ancaq bu vədin yerinə yetirləcəyi də şübhə doğurur. Çünki husiləri silahlandıran və maliyyələşdirən SEPAH generallarından əmr gələrsə, qiyamçılar amerikalılalara verdikləri vədi unuda da bilərlər.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O xatırladıb ki, Səudiyyə Ərəbistanı da husilərlə atəşkəsə nail olmağa çalışır:
“ABŞ-la husilər arasında vasitəçi olan Omanın imkanlarından Səudiyyə Ərəbistanı da faydalanmaq istəyir. Husilər Səudiyyə Ərəbistanı ilə razılaşmanın əleyhinə deyillər, sadəcə bunun reallaşması üçün Ər-Riyaddan Yəmənin hava, quru və dəniz yolu ilə blokadasına tam son qoyulmasını tələb edirlər. Husilərin bir başqa tələbi Səudiyyə Ərəbistanının Yəməndən hərbi, təhlükəsizlik və siyasi qüvvələrini çıxarması və təzminat ödəməsi üçün fondun yaradılmasıdır.
Ər-Riyad bu tələbləri qəbul etməyə hazır deyil. Bu səbəbdən bölgədə toqquşmaların davam edəcəyini proqnozlaşdırmaq olar.
Husilərin Səudiyyə Ərəbistanına hücumlarını davam etdirməsi Ər-Riyadın strateji müttəfiqi olan ABŞ-ı çətin vəziyyətə salıb. Belə çıxacaq ki, husilərlə atəşkəsə nail olan Vaşinqton Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanına hücumlarına seyrçi qalacaq. Mövcud vəziyyət avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı ittifaq sazişi üçün ciddi sınaqdır. Pakistan və Türkiyə “Məkkə paktı”na görə bir tərəfdən Səudiyyə Ərəbistanına real dəstək verməli, o biri tərəfdən müharibənin alovlanmasının qarşısını almalıdırlar. Pakistanla Səudiyyə Ərəbistanı arasında müttəfiqlik uzun illəri əhatə edir. Ona görə Ər-Riyadın əsas dəstək gözləntisi İslamabaddandır. İslamabad Ər-Riyadı inandırmalıdır ki, onun müdafiə öhdəliyi real çəkiyə malikdir. Ancaq Pakistan eyni zamanda özünü başqa bir Yaxın Şərq müharibəsinə cəlb etməməli və husiləri dəstəkləyən Tehranla münasibətlərini pozmamalıdır. İslamabad Tehranla əlaqə kanallarını açıq saxlamağa üstünlük verir. Bu vəziyyətdə bir qrup “Məkkə paktı”nda dərhal müdafiə məqsədilə cavab tədbirlərinin əks olunmadığını bildirir, digərləri isə əksinə, təcavüzə qarşı birgə mübarizə mexanizminin işə düşməsi qənaətindədir. Bu qeyri-müəyyənlik “Məkkə paktı” ilə bağlı sualların sayını artırıb. Hadisələrin inkişafı göstərir ki, “Məkkə paktı”nın qəbulu daha çox Səudiyyə Ərəbistanına lazım idi. Ancaq əgər həmin pakt Səudiyyə Ərəbistanını husilərin hücumlarından qoruya bilməyəcəksə, sazişin dəyəri azalacaq.
Mövcud vəziyyət Çini də narahat edir. Pekin İslamabadın ən mühüm strateji və hərbi tərəfdaşlarından biridir və eyni zamanda Səudiyyə Ərəbistanı ilə getdikcə daha sıx münasibətlər qurub. Ancaq Pekin də Səudiyyə Ərəbistanını husilərdən qorumaq fikrində deyil. Pekinin yeganə təklifi Yaxın Şərq üçün yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Hazırki şərtlər altında Yaxın Şərqdə belə bir arxitekturanın qurulması praktik baxımdan mümkün deyil. Avropa ölkələri isə Səudiyyə Ərəbistanı ilə sadəcə həmrəylik nümayiş etdiriblər. Avropa Birliyi bölgədə baş verənlərdən narahat olsa da, prosesə qarışmaq istəmir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Sentyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















