Icma.az
close
up
RU
ABŞ Suriyadan geri çəkilir

ABŞ Suriyadan geri çəkilir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Yaxın Şərqdə güc mərkəzinə çevrilir

Yaxın Şərqdə, xüsusilə Suriya məcrasında yeni siyasi proseslər baş verir. Qeyd edək ki, ABŞ Suriyadan geri çəkilmək qərarına gəlib. Bu da yaxın zamanda Suriyada yeni geosiyasi güc mərkəzlərinin meydana çıxacağını deməyə əsas verir. Ekspertlər hesab edirlər ki, bundan sonra Suriyada proseslərin nizamlanmasında yalnız region dövlətləri öz sözünü deyəcək...

ABŞ qoşunları Suriyanı tərk edir

ABŞ-ın Suriyadakı hərbi komandanlığı Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı ərazisindəki hərbi bazada yerləşdirilən xüsusi təyinatlı qüvvələri geri çəkməyə başlayıb. “Sky News” telekanalının məlumatına görə, amerikalı hərbçilərin karvanı Suriyanın şərqində yerləşən obyektdən ABŞ-ın böyük bazasının yerləşdiyi İraq Kürdüstanına yollanıb. Artıq 200-dən çox maşın bazanı tərk edib. Geri çəkilən qüvvələr Ərbilə istiqamət alıb. Pentaqon rəsmiləri israilli həmkarlarına məlumat veriblər ki, Birləşmiş Ştatlar iki ay ərzində öz qoşunlarını Suriyadan mərhələli şəkildə çıxarmaq niyyətindədir.

Xatırladaq ki, Suriyada 2015-2018-ci illər ərzində kürdlərin nəzarətində olan ərazilərdə 9 Amerika hərbi bazası yaradılıb. Amerikalı hərbiçilər ölkənin Hələb, Deyr əz-Zor, Rakka və Həsəkə əyalətlərində, həmçinin İraq və İordaniya ilə həmsərhəd Ət-Tanf ərazisində yerləşirlər. Bu bazalarada Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinə dəstək verən 2200 amerikalı əsgər yerləşdirilib.

ABŞ-ın Suriyadan çıxmağı nəyin göstəricisidir?

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın Suriyadan qoşunlarını çıxarması ilk növbədə regional siyasətdə prioritet dəyişikliklərlə əlaqədardır. “ABŞ son illərdə diqqətini Çinlə rəqabətə, Hind-Sakit okean regionuna və Rusiya ilə münasibətlərin aydınlaşdırılmasına yönəldib. Yaxın Şərq Vaşinqton üçün önəmli olsa da, bəzi məqamlarda indiki geosiyasi reallıqlarda prioritetlər sırasında müəyyən yerdəyişmələr etməyi zəruri edir. Digər məqam Trampın seçkiöncəsi verdiyi vədlərlə dolayısı ilə əlaqədardır. ABŞ maksimum dərəcədə digər bölgələrdəki hərbi mövcudluğunu və dolayısı ilə bununla bağlı xərclərini yenidən nəzərdən keçirir. Unutmayaq ki, ABŞ ictimaiyyətində və siyasi elitasında xarici münaqişələrə qarşı narazılıq artır. Uzunmüddətli hərbi iştirak və onun maliyyə yükü belə qərarlar verməyə vadar edir”. Ekspertin sözlərinə görə, yaxın zamanda ABŞ-ın Yaxın Şərqdə Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail ilə əməkdaşlığı daha da möhkəmlənəcək: “ABŞ bəzi regionlarda birbaşa hərbi mövcudluq əvəzinə, regional müttəfiqlərə, xüsusilə də İsrail, Türkiyə və  Səudiyyə Ərəbistanı ilə birgə fəaliyyətə çox məsuliyyət vermək strategiyasına keçir. Bu, həm də “yerli güclərlə balans” yanaşmasıdır. Amerikanın yeni rəhbərliyinin Suriyadakı proseslərdə Türkiyənin bir müttəfiq olaraq nəzarətini gücləndirməkdə maraqlı olması, eləcə də İsrail-Türkiyə münasibətlərinin normallaşmasını istəməsi hazırda əsas məqamlardır.Nəzərə almaq lazımdır ki, Suriya ərazisində Rusiya, İran və ABŞ maraqları toqquşur. Vaşinqton üçün bu riskli sahədə mövcudluğunu davam etdirmək həm siyasi, həm də hərbi baxımdan çətinləşib”.

Yaxın Şərqdə proseslər necə inkişaf edəcək?

“Bu, müəyyən mənada müxtəlif güclər arasında boşluq uğrunda mübarizəyə təkan verə bilər. ABŞ-ın çıxması ilə regionda güc boşluğu yaranır. Bu boşluğu doldurmaq üçün Rusiya, İran, Türkiyə və hətta Çinin müəyyən təsir cəhdləri güclənəcək,” - deyə bildirən V.Zifəroğlu vurğulayıb ki, İran son zamanlarda İraq-Suriya-Livan-Yəmən dəhlizində ciddi zərbələr alsa da, hələ də müəyyən qədər öz təsirini saxlamaqdadır: “Şübhəsiz ki, Tehran bu mənada manevr imkanlarını artırmağa cəhd göstərə bilər. Lakin bu nə dərəcədə nəticəli olacaq?”. Ekspert bildirib ki, ABŞ-ın əsas müttəfiqlərindən olan YPG/SDF  bu prosesdən təbii ki, təsirlənəcək. “Onlar həm Türkiyə, həm də Suriyanın yeni hökuməti ilə dil tapmaq məcburiyyətində qalacaqlar. Bundan əlavə, ABŞ-ın çəkilməsi Bəşər Əsədə və onun müttəfiqləri - Rusiya və İrana daha sərbəst hərəkət imkanı verir. Bu, rejimin Suriya ərazisində nəzarəti bərpa etmək üçün müəyyən cəhdlər etməsinə şərait yarada bilər. Bir müddət bundan əvvəl Suriyada yeni hakimiyyətə qarşı Əsəd yönlü qüvvələrin təşkil etdikləri çevriliş cəhdinin qarşısının alınması buna əyani sübutdur”.

Türkiyə Yaxın Şərqdə daha da möhkəmlənəcək?

Ekspert hesab edib ki, ABŞ-ın çıxması Türkiyə üçün həm çətinliklər, həm də strateji fürsətlər yaradır. “İlk növbədə Türkiyənin hərbi və siyasi manevr sahəsi genişlənir. ABŞ-ın yoxluğu Türkiyəyə Suriyanın şimalında daha sərbəst hərəkət imkanı verir. Ankara, “təhlükəsizlik zonası” konsepsiyasını daha rahat reallaşdıra bilər. Eyni zamanda Türkiyə həm Rusiya, həm İran, həm də Qərblə danışıqlar aparan nadir güclərdən biridir. ABŞ-ın geri çəkilməsi Ankaranın bu balanslaşdırıcı rolunu daha da önə çıxaracaq. Bir məqamı da əlavə edim ki, qardaş ölkə eyni zamanda logistik və enerji qovşağı kimi möhkəmlənəcək. Türkiyə artıq Şərqlə Qərb arasında mühüm keçid ölkəsidir. Yaxın Şərqdəki yeni siyasi düzən bu statusu daha da gücləndirir və dayanıqlı edir”. Lakin V.Zifəroğlu Türkiyə üçün müəyyən risklərin olacağını da bildirib: “Yeni şərait Ankara-Moskva-Tehran üçbucağında rəqabəti sərtləşdirə bilər. Xatırlatmaq istərdim ki, xüsusilə İdlib, Tel-Rifat və Kobani ətrafında maraqlar toqquşur. Və bu bölgələrlə bağlı hələ də müəyyən narahatlıqlar mövcuddur”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Aprel 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri