Icma.az
close
up
RU
ABŞ seçkilərinin nəticəsi Cənubi Qafqaza nə vəd edir? PROQNOZ

ABŞ seçkilərinin nəticəsi Cənubi Qafqaza nə vəd edir? PROQNOZ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçirilir. "Exit-pollar"a görə, Respublikaçıların namizədi Donald Trampla Demokratların namizədi Kamala Harris arasında fərq olduqca azdır. 

“Reuters-Ipsos”un keçirdiyi son sorğuya əsasən, Harrisin reytinqi 44, Donald Tramın reytinqi 43 faizdir. Qeyd olunur ki, daha əvvəl 16-21 oktyabr tarixlərində keçirilmiş sorğudakı fərq 2 faiz təşkil edib. Həmçinin yeni sorğu göstərir ki, Tramp bir neçə mövzularda Harris üzərində üstünlük əldə edir. Bu baxımdan iqtisadiyyat mövzusunda Trampın üstünlüyü 10 faiz, miqrasiya mövzusunda isə 15 faiz olub.
 

Bəs hansı namizədin seçilməsi Cənubi Qafqaza nələr vəd edir?
 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası ittifaq komitəsini üzvü Elçin Mirzəbəyli söyləyib ki, seçkilərin nəticələrini öncədən proqnozlaşdırmaq çox çətindir.
"Ölkə faktiki olaraq, həm də kifayət qədər sərt şəkildə qütbləşib və bu qütbləşmə, təkcə siyasi müstəvidə deyil. Bu baxımdan, seçkilər həm də Birləşmiş Ştatların gələcəyi, unitarlığı baxımından, mühüm əhəmiyyətə malikdir.
Respublikaçıların namizədi qalib gələcəyi təqdirdə həm daxili, həm də qlobal miqyasdakı qütbləşmənin indiki qədər dərinləşməyəcəyi, prosesin qismən də olsa sabitləşəcəyi, ən azı bunun proqnozlaşdırılmasının mümkün olacağını düşünürəm. 

Harrisin qələbəsinin isə onun Baydenin xarici siyasət kursunu davam etdirməyəcəyi barədə bütün iddialarına baxmayaraq, qlobal ziddiyyətləri daha da dərinləşdirəcəyi, hətta geriyə dönüşü olmayan bir məcraya yönəldəcəyi qənaətindəyəm. Harrisin nə fərdi baxış bucağı, nə də bir siyasətçi olaraq obrazı barışdırıcıdır. Bayden adminstarsiyasındakı rolu namizəd olanadək nəzərə çarpmayan bu siyasətçinin, həm də prezident seçiləcəyi təqdirdə daha çox özünütəsdiqə can atacağını düşünürüəm ki, bu da ABŞ daxilindəki ziddiyyətləri dərinləşdirəcək". 

Deputat vurğulayıb ki, kimin seçilməsindən asılı olmayaraq, siyasi anlamda Ağ evin maraqları ilə bağlı dəyişikliyin baş verəcəyi gözlənilmir:
 

"Mahiyyət etibarilə kimin seçilməsindən asılı olmayaraq, ABŞ-ın yeni prezidenti ölkəsinin dünyadakı hegemon rolunun qorunmasına çalışacaq. Fərq yalnız bunu kimin necə edəcəyi ilə bağlıdır və mənim baxış bucağıma görə, Harris seçilərsə, proses daha ağrılı ola bilər. İlk növbədə Birləşmiş Ştatların özü üçün…
Seçkinin nəticələrinin Cənubi Qafqaza təsirinə gəldikdə isə qənaətimə görə, hazırda söhbət iki pisdən daha az ziyansızın, yaxud az dağıdıcının seçilməsindən gedir. Siyasi anlamda isə Ağ evin maraqları ilə bağlı dəyişikliyin baş verəcəyi gözlənilmir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri