ABŞ səfirindən Afinaya şok təhdid: İstəsək, hökumətinizi devirərik
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın Afinadakı səfiri Kimberli Qilfoylun mart ayında iştirak etdiyi şam yeməyində Yunanıstanın energetika naziri Stavros Papastavru ilə mübahisə etdiyi iddia olunur. İddialara görə, ABŞ-ın Rumıniya hökumətinin istefasında rol oynadığını eyham edən Qilfoyl “Bunu istədiyimiz hər ölkədə edə bilərik. Yunanıstanda da edə bilərik” deyib.
Qaynarinfo xəbər verir ki, “Wall Street Journal”ın iddiasına görə, ABŞ-ın istədiyi təqdirdə Yunanıstanda da hökuməti hakimiyyətdən uzaqlaşdıra biləcəyinə dair bu sözlərin Afinaya yönəlmiş təhdid xarakteri daşıdığını bildirib. Portal sözügedən ifadələrin “Trampvari” təkəbbürü əks etdirdiyini yazıb.
İddiaya görə, ABŞ səfiri Qilfoyl mart ayında Afinada keçirilən özəl şam yeməyində Rumıniyada baş verən siyasi hadisələrə toxunub.
Qilfoylun ABŞ-ın dəstəklədiyi Şaquli Qaz Dəhlizi layihəsinə və Rumıniyanın Amerika mayeləşdirilmiş təbii qazını (LNG) yüksək qiymətlərlə alması istiqamətindəki təzyiqlərə etiraz edən Rumıniya baş naziri İlie Bolojanın hökumətinin istefasında Vaşinqton administrasiyasının rolunun olduğunu etiraf etdiyi iddia olunur.
ABŞ səfirinin analoji addımı istədikləri hər ölkədə, hətta Yunanıstanda da ata biləcəklərini söyləməsi isə yunan nazirin etirazına səbəb olub.
Papastavru buna cavab olaraq ABŞ səfirinə Vaşinqtonun Yunanıstan xalqı tərəfindən seçilmiş hökumətin yerini ala bilməyəcəyini deyib.
Aydın
Baxış sayı:152
Bu xəbər 28 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















