ABŞ səfirindən daha bir skandal açıqlama: Varlığımızı İsrailə borcluyuq...
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
İsrail olmasaydı, Amerika olmazdı, biz varlığımızı bu torpağa borcluyuq.
Bakupost.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İordan çayının qərb sahilində (Yəhudiya və Samariya) İsrail irsi konfransında çıxış edərkən çıxış edib.
Xristian-sionist baxışları ilə tanınan səfir ABŞ-ın mənəvi və tarixi təməllərinin birbaşa yəhudi irsi və İsrail torpaqları ilə bağlı olduğunu vurğulayıb.
Hakabi İsrailin tarixi və yəhudi təməllərinin həm də Amerika Birləşmiş Ştatlarının irsi olduğunu qeyd edib. O, ABŞ-ın bir dövlət və sivilizasiya olaraq öz varlığını bu müqəddəs torpaqlarda baş verən tarixi və dini hadisələrə borclu olduğunu iddia edib.
Qeyd edək ki, səfir fevral ayında verdiyi müsahibədə İncilə istinad edərək, İsrailin Nil çayından Fərat çayına qədər olan geniş ərazilərdə haqqı olduğunu müdafiə etmiş və bu çıxışı regional miqyasda böyük etirazlara səbəb olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 16 İyun 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















