ABŞ səfirlikləri əməkdaşları Yaxın Şərq ölkələrindən təxliyə edilir
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti İranla yaranmış gərginlik fonunda təhlükəsizlik risklərinin artması səbəbindən İordaniya, Bəhreyn və İraqda yerləşən səfirliklərdən ikinci dərəcəli hökumət əməkdaşları və onların ailələrinin təxliyə olunmasına qərar verib.
Bakupost.az xəbər verir ki. Bu barədə “Reuters” məlumat yayıb.
Departamentin açıqlamasında bu addımın regiondakı qeyri sabit təhlükəsizlik şərtləri ilə bağlı edildiyi vurğulanıb. Eyni zamanda ABŞ təhlükəsiz tədbirlər üçün regionda yaşayan vətəndaşlarına ehtiyatlı olmaları barədə xəbərdarlıqlar verib.
Qeyd edək ki, ABŞ-ın Kuveytdəki səfirliyi də təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb və bu ölkədəki vətəndaşlara səfirliyə gəlməmələri tövsiyə edilib. Diplomatik missiya yaxınlıqda raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının davam etməsi ilə bağlı xəbərdarlıq yayıb və insanlara evi içərisində təhlükəsiz hiss etdikləri yerdə qalmağı məsləhət görüb.
Bundan başqa, ABŞ səfirliyi Bəhreyn paytaxtı Manamada da təhlükəsizlik riskləri ilə əlaqədar vətəndaşlara diqqətli olmaları, partlayış siqnalları eşidildiyi halda təxmini sığınacaqlara çəkilmələri barədə xəbərdarlıq edib.
Bu inkişaflar Yaxın Şərqdəki münaqişənin dərinləşdiyi bir vaxtda baş verir və ABŞ rəsmiləri regionda təhlükəsizlik risklərini yüksək səviyyədə qiymətləndirir.
Hazırda ABŞ Dövlət Departamenti regionda qalan vətəndaşlara öz səfirlikləri vasitəsilə yenilənmiş təhlükəsizlik məlumatlarını izləmələrini və ehtiyat tədbirlərinə riayət etmələrini tövsiyə edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 03 Mart 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















