Tramp Yaxın Şərq ölkələrindən bunu tələb etdi KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı müharibə zamanı müdafiə etdiyi ölkələrin hərbi əməliyyatlara çəkilən bütün xərcləri kompensasiya etməli olduğunu bildirib.
KONKRET.az APA-ya istinadən bildirir ki, Tramp bu barədə “CBS News” telekanalının “60 Minutes” proqramına müsahibəsində danışıb.
“Bu proses başa çatdıqdan sonra müdafiə etdiyimiz ölkələr müharibə ilə bağlı çəkdiyimiz bütün xərcləri bizə qaytaracaqlar. Çünki biz olmasaydıq, onlar mövcud olmazdılar”, – ABŞ Prezidenti deyib.
Tramp xüsusilə İsrailin təhlükəsizliyinin təmin edilməsində Vaşinqtonun rolunu vurğulayıb.
“Biz olmasaydıq, İsrail mövcud olmazdı. Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı”, – o iddia edib.
ABŞ Prezidenti müvafiq ölkələrə bu tələbi artıq çatdırdığını və xərclərin tam şəkildə geri qaytarılacağını gözlədiyini bildirib.
Bununla belə, Tramp kompensasiyanın konkret məbləğini, ödənişlərin hansı ölkələr tərəfindən həyata keçiriləcəyini və bunun mexanizmini açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















