Icma.az
close
up
RU
ABŞ səmaya qiyamət təyyarəsi ni buraxdı

ABŞ səmaya qiyamət təyyarəsi ni buraxdı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın "Qiyamət günü təyyarəsi” kimi tanınan xüsusi hava komanda məntəqəsinin son təlim uçuşları beynəlxalq gündəmdə müzakirələrə səbəb olub. Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə baş tutan bu uçuşlar ictimaiyyətdə ABŞ-ın hərbi hazırlıq səviyyəsi ilə bağlı suallar doğurub.

Qaynarinfo-nun  IDR nəşrinə istinadən məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "E-4B Nightwatch" təyyarəsi Nebraska ştatındakı Offutt Air Force Base üzərində bir sıra təlim uçuşları həyata keçirib. Təyyarə dəfələrlə dairəvi manevrlər edib və qısa enişdən dərhal sonra yenidən havaya qalxma (touch-and-go) məşqləri yerinə yetirib.

Uçuşların izlənməsi məlumatlarına əsasən, təyyarə 6 aprel 2026-cı il tarixində havaya qalxıb və baza ətrafında ən azı altı dövrə vurub. Daha sonra isə qonşu ərazilərə doğru hərəkət edib. Bu cür təlimlər ekipajın fövqəladə vəziyyətlərdə operativ fəaliyyət qabiliyyətini qoruyub saxlamaq məqsədi daşıyır.

"E-4B Nightwatch" "Qiyamət günü təyyarəsi” kimi tanınır və nüvə münaqişəsi və ya yerüstü idarəetmə infrastrukturunun sıradan çıxması halında fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş hava komanda mərkəzidir. Təyyarə modifikasiya olunmuş "Boeing 747" platformasında qurulub və nüvə partlayışı nəticəsində yaranan elektromaqnit impulsdan (EMP) qorunma sistemləri ilə təchiz edilib.

Onun əsas funksiyalarından biri ABŞ-ın strateji qüvvələri, o cümlədən ballistik raketlərlə təchiz olunmuş sualtı qayıqlarla fasiləsiz rabitəni təmin etməkdir. Bu məqsədlə suyun altına nüfuz edə bilən çox aşağı tezlikli siqnallar ötürən xüsusi anten sistemi istifadə olunur.

Hərbçilər bildirirlər ki, bu cür uçuşlar ekipajların hazırlığının adi tərkib hissəsidir və döyüş hazırlığının artırılması və ya real hərbi yerləşdirmə anlamına gəlmir. Qeyd olunur ki, ən azı bir "E-4B" təyyarəsi daim dərhal havaya qalxmağa hazır vəziyyətdə saxlanılır.

Bununla belə, təlim uçuşlarının Yaxın Şərqdə artan gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında müzakirələrin intensivləşdiyi bir dövrə təsadüf etməsi diqqət çəkir.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Aprel 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri