Icma.az
close
up
RU
ABŞ siyasətindəki dəyişikliklər Asiya və Sakit Okean regionunun inkişafına təsir edəcək

ABŞ siyasətindəki dəyişikliklər Asiya və Sakit Okean regionunun inkişafına təsir edəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Asiya İnkişaf Bankının (AİB) sonuncu hesabatına əsasən, Asiya və Sakit Okean regionunun iqtisadi artımı bu il və gələn il sabit qalacaq, lakin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın idarəçiliyi altında gözlənilən siyasət dəyişiklikləri regionun uzunmüddətli perspektivinə təsir göstərəcək.

Bizimyol.info xəbər verir ki, bu gün dərc olunan Asiyanın İnkişaf Perspektivləri (ADO) hesabatının son buraxılışına əsasən, ABŞ-nin ticarət, maliyyə və immiqrasiya siyasətlərində dəyişikliklər Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımı azalda və inflyasiyanı artıra bilər. Bu əhəmiyyətli siyasət dəyişikliklərinin vaxt alacağı və tədricən tətbiq ediləcəyi gözlənildiyi üçün bölgəyə təsirləri, çox güman ki, 2026-cı ildən etibarən hiss olunacaq. Bu siyasətlər gözlənildiyindən daha tez və sürətli həyata keçirilsə və ya ABŞ-də yerləşən şirkətlər potensial tariflərdən yayınmaq üçün idxal olunan malları qabaqcadan yüksək miqdarlarda təmin etsə, təsirləri daha tez görünə bilər.

Hesabata görə, 2024-cü ildə inkişaf etməkdə olan Asiya və Sakit Okean ölkələrində iqtisadi artımın 4,9% olacağı proqnozlaşdırılır ki, bu da AİB-in sentyabr ayı 5%-lik iqtisadi artım proqnozundan bir qədər aşağıdır. Gələn ilin artım proqnozu əsasən cənubi Asiyada daxili tələbin azala biləcəyinə görə 4,9%-dən 4,8%-ə endirilib. Bölgənin inflyasiya proqnozu bu il üçün 2,8%-dən 2,7%-ə, gələn il üçün isə 2,9%-dən 2,6%-ə endirilib. Buna qismən də neft qiymətlərində gözlənilən azalma səbəb olub.

“Güclü ümumi daxili tələb və ixrac regionumuzda iqtisadi böyüməyə təkan verməkdə davam edir. Lakin ABŞ-nin yeni administrasiyası tərəfindən reallaşdırılması gözlənilən siyasətlər Çin Xalq Respublikasında (ÇXR) iqtisadi artımı ləngidə və inflyasiyanı müəyyən dərəcədə artıra, çox güman ki, gələn ildən sonra Asiya və Sakit Okean regionunun digər iqtisadiyyatlarına da təsir göstərə bilər”, - deyə AİB-in baş iqtisadçısı Albert Park bildirib.

Yüksək riskli ssenariyə əsasən, AİB ABŞ-nin sərt siyasət dəyişikliklərinin növbəti 4 il ərzində qlobal iqtisadi artımı bir qədər - ümumilikdə 0,5% bəndində azalda biləcəyini proqnozlaşdırır. Əhatəli tariflər, çox güman ki, beynəlxalq ticarəti və investisiyaları azaldacaq, həmçinin daha bahalı yerli istehsala keçidə gətirib çıxaracaq. Eyni zamanda immiqrasiyanın azalması ABŞ-də işçi qüvvəsinin sayı ilə bağlı çətinliklər yarada bilər. Hakimiyyətə gələn Tramp administrasiyası dövründə potensial olaraq daha da ekspansionist fiskal siyasət, tariflər və miqrasiya məhdudiyyətləri ABŞ-də inflyasiya riskini yenidən artıra bilər.

ABŞ-nin xüsusən də tariflərlə bağlı gözlənilən siyasət dəyişikliklərinin miqyasına baxmayaraq, bu yüksək riskli ssenari çərçivəsində inkişaf etməkdə olan Asiya və Sakit Okean regionuna təsirləri məhduddur. Əlavə siyasət dəstəyi olmasa belə, 2028-ci ilə qədər ÇXR-də ümumi daxili məhsulun artımı ildə orta hesabla cəmi 0,3% azala bilər. Ticarət və digər əlaqələr vasitəsilə regionda yayıla biləcək mənfi təsirlər, çox güman ki, ticarət axınlarının pozulması və istehsalın ÇXR-dən digər iqtisadiyyatlara köçürülməsi ilə əvəzlənə bilər.

Yaxın dövrdə regionun əksər iqtisadiyyatları üçün proqnoz nisbətən sabit olaraq qalır. ÇXR üçün artım proqnozu dəyişməz olaraq bu il 4,8%, gələn il isə 4,5% təşkil edir. Özəl investisiyalar və mənzil tələbatında gözləniləndən aşağı artım səbəbindən Hindistanın iqtisadi proqnozu bu il üçün 7%-dən 6.5%-ə, gələn il isə 7.2%-dən 7%-ə qədər azalıb.

Cənub-Şərqi Asiyanın builki artım proqnozu, daha güclü istehsalat ixracı və dövlət kapitalı xərcləri hesabına əvvəlki 4,5% proqnozdan 4,7%-ə yüksəldilib. Gələn il üçün proqnoz dəyişməz olaraq 4,7% təşkil edir.

Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozu bu ilə 4,7%-dən 4,9%-ə, gələn ilə isə 5,2%-dən 5,3%-ə yüksəldilib. Sakit Okean regionu üzrə proqnozlar dəyişməz olaraq qalır: bu il üçün 3,4%, gələn il üçün 4,1%.

ABŞ-nin siyasət dəyişiklikləri ilə bağlı qeyri-müəyyənlikdən başqa, Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkərlərinin iqtisadi artımı və inflyasiya perspektivləri üçün risklər arasında geosiyasi gərginliyin artması, eləcə də ÇXR-də əmlak bazarında həssaslığın davam etməsi daxildir.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri