Icma.az
close
up
RU
NATO Asiya Sakit Okean regionuna genişlənir

NATO Asiya Sakit Okean regionuna genişlənir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO Asiya-Sakit Okean ölkələri ilə diplomatik-siyasi münasibətləri dərinləşdirir. Belə ki, Yaponiyanın “NHK” telekanalının məlumatına görə, NATO rəhbərliyi Asiya-Sakit Okean regionunda yerləşən ölkələr - Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zerlandiyanın liderlərini alyansın iyunun 24-ü və 25-də Haaqada keçiriləcək sammitinə dəvət edib. Sammit zamanı NATO-nun baş katibi Mark Rüttenin Asiya və Okeaniya ölkələrinin liderləri ilə görüşü gözlənilir. “NHK” qeyd edib ki, bu görüşlərdə NATO ilə dörd Asiya-Sakit Okean ölkələri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi istiqamətində birgə addımların atılması ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq. NATO Rusiyaya qarşı təsir imkanlarını artırmaq üçün üç ildir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydeninin təşəbbüsü ilə Asiya-Sakit Okean tərəfdaş ölkələrinin liderləri alyansın sammitlərinə dəvət olunurlar. NATO-nun Haaqadakı növbəti sammitində hansı məsələlərin müzakirə olunacağına gəlincə, “Bloomberg” in məlumatında qeyd olunur ki, bu sammitdə  hərbi xərclərin və hərbi arsenalın artırılması məsələlərinə diqqət yetiriləcək. Mark Rütte alyansın üzv ölkələrinə hərbi xərcləri ümumi daxili məhsul həcminin 3,5 faizinədək artırmağı, müdafiə ilə bağlı digər məsələlərə isə əlavə olaraq ümumi daxili məhsulun 1,5 faizini ayırmağı təklif edir.

Dəvətin məqsədi nədir?

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, NATO öz geosiyasi və geostrateji rəqiblərinə qarşı mübarizədə Yaponiya, Cənubi Koreya və Avstraliyanı strateji tərəfdaşı hesab edir.

“Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zerlandiyanın liderləri NATO-nun 2022-ci il Madrid, 2023-cü il Viln?s və 2024-cü il Vaşinqton sammitində iştirak ediblər. Növbəti sammitdə də iştirak edəcəklər. Bu baxımdan hesab etmək olar ki, NATO-nun həmin ölkələrin liderlərini alyansın sammitinə dəvət etməkdə əsas məqsədi Rusiyanın təhdidlərinə qarşı birgə mübarizə aparmaqdır. 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra qlobal dünya sistemində balans ciddi şəkildə dəyişib. Sözsüz ki, Qərbdəki güc mərkəzləri bundan narahatlıq keçirirlər. Buna görə də onlar Asiya-Sakit Okean regionundakı tərəfdaşları - Cənubi Koreya və Yaponiya, hətta Avstraliya ilə əməkdaşlıq fonunda Rusiyaya qarşı birgə təhlükəsizlik tədbirləri görmək qərarına gəliblər. Bir məqamı da nəzərə alaq ki, Cənubi Koreya və Yaponiya Rusiyadan çox da uzaq deyillər, həmçinin Yaponiyanın Rusiya ilə Kuril adaları üzərində münaqişəsi var”,- deyə S.Zahidov vurğulayıb ki, Çin məsələsi də gündəmdədir: “NATO-nun 2022-ci il Madrid sammitində qəbul olunan strategiyasında Rusiya əsas təhdid, Çin isə geosiyasi rəqib kimi qeyd olunub. NATO hesab edir ki, Çinin beynəlxalq səviyyədə təsir imkanlarının artması Atlantika məkanında ciddi problemlər yarada bilər. Bu səbəbdən NATO Asiya-Sakit Okean və Hind Okeanı regionunun müəyyən ölkələri ilə Çinə qarşı birgə addımlar atmaq niyyətini güdür”.

Ekspert, həmçinin bildirib ki, NATO Asiya-Sakit Okean regionunda hərbi-təhlükəsizlik baxımdan möhkəmlənmək istəyir: “Soyuq müharibə dövründə NATO-nun təhlükəsizlik arealı yalnız Şimali Atlantika ilə əhatə olunurdu. Amma Soyuq müharibə bitdikdən sonra NATO öz təhlükəsizliyini tam şəkildə təmin etmək üçün diqqətini kənar regionlara yönəltməyə başladı. İlk növbədə onunla qonşu olan ölkələr ilə sülh naminə tərəfdaşlıq proqramları həyata keçirməyə başladı, ondan sonra Asiya - Sakit Okean ölkələri ilə münasibətlər qurdu. Xüsusilə qeyd etmək lazımdır ki, Yaponiya və Cənubi Koreya texnologiya sahəsində böyük nailiyyətlər və irəliləyişlər əldə edib. Bu, NATO-nun hərbi imkanlarının artmasına, o cümlədən kiber təhlükəsizlik sahəsində potensialının təkminləşməsinə töfhə verə bilər”. 

NATO-nun subtəşkilatı - AUKUS

AUKUS 2021- ci ilin sentyabrın 15-də ABŞ, Böyük Britaniya və Avstraliyanın dövlət başçılarının birgə razılığı ilə əsası qoyulub. Bu təşkilatın yaradılmasında ilkin məqsəd Hind-Sakit Okean regionunda sülh, sabitlik və təhlükəsizliyi təmin etmək, kənar güclərdən gələn təhlükələrin qarşısını almaqdır. Digər əsas məqsəd Britaniya və ABŞ-ın 2027-ci ildən başlayaraq Avstraliya sahillərində nüvə başlığı daşıyan sualtlı qayıqlarını yerləşdirmək, eləcə də hər iki ölkənin 2030-cu ilə qədər Avstraliya ordusunu  müasir sualtı qayıqlarla təmin etməkdir. Britaniya SSN-AUKUS kimi tanınan yeni sualtı qayıqlarını 2030-cu ilin sonunda Avstraliyaya təhvil verməyi planlaşdırır. Xatırladaq ki, 2016-cı ildə Avstraliya hökuməti Fransadan 65 milyard dollar dəyərində dizellə işləyən 12 sualtı qayıq almaq üçün Paris ilə müqavilə imzalamışdı. Kanberanın həmin məbləği tam ödəməsinə baxmaraq, Fransa bu qayıqları təhvil verməyi ləngidirdi. Məhz buna görə də Avstraliya ABŞ və Britaniya  ilə müqavilə bağlamaq məcburiyyətində oldu və Fransa ilə müqaviləni ləğv etdi. Eyni zamanda, AUKUS çərçivəsində ABŞ, Britaniya və Avstraliya arasında nüvə texnologiyası, süni intellekt, kiber təhlükəsizlik və raket texnologiyaları sahəsində birgə əməkdaşlığı genişləndirmək məqsədi də güdülüb. Belə demək mümkünsə, AUKUS NATO-nun Hind-Sakit Okean regionunda subtəşkilatıdır - onun başlıca missiyası əsasən NATO-nun bu regionda geosiyasi və geostrateji cəhətdən möhkəmlənməsinə, hərbi-təhlükəsizlik imkanlarının artmasına xidmət etməkdir.

AUKUS arxa plana keçə bilər

S.Zahidovun sözlərinə görə, hazırda AUKUS-un mövcudluğu o qədər də əhəmiyyət kəsb etmir: “AUKUS Hind-Sakit Okean regionunda Çinin dominantlığının qarşısını almaq üçün yaradılıb.  AUKUS yeni yaradılan bir formatdır. Özünün təkminləşdirilmiş hərbi strukturları yoxdur. AUKUS-un tam formalaşması üçün uzun zaman lazımdır. Ona görə də AUKUS NATO ilə eyni səviyyədə ola bilməz. ABŞ AUKUS-un mövcudluğunu arxa plana ataraq NATO-nu birbaşa Asiya-Sakit Okean regiondakı tərəfdaş ölkələr ilə münasibətləri inkişaf etdirməyə sövq edir. Bir məqamı da əlavə edim ki, Sakit Okean regionunda AUKUS-a yalnız Avstraliya daxildir. Amma bütövlükdə, götürəndə NATO həm Yaponiya və Cənubi Koreyanı, həm də Avstraliya və Yeni Zerlandiyanı  özünün qlobal tərəfdaşlıq platformasına daxil edib”.

Yunis ABDULLAYEV 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri