ABŞ Suriyaya tətbiq edilən sanksiyaları ARADAN QALDIRIR KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması ehtimalından danışıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton bu addımı Suriyada sülhün bərqərar olunması üçün atmağa hazırdır.
“Biz Suriyanın sülhə bir şans qazanmasını istəyirik. Sanksiyalarla bu mümkün deyil. Əgər düzgün razılaşma əldə olunarsa, sanksiyaların ləğvi gündəmdədir”, – deyə Tramp qeyd edib.
Bundan öncə The Times yazmışdı ki, Suriya rəhbərliyi Trampa ABŞ şirkətlərinə ölkənin təbii resurslarına çıxış təklif etmək niyyətindədir. Mənbəyə görə, bu, son vaxtlar ABŞ və Ukrayna arasında əldə olunmuş resurs əməkdaşlığına bənzər bir model ola bilər.
Axios isə məlumat yayıb ki, Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşə bilər. Əgər bu baş tutarsa, ABŞ-Suriya münasibətlərində dönüş nöqtəsi sayıla bilər.
Natiq Səlim
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 May 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















