Icma.az
close
up
RU
ABŞ təsdiqlədi: Zəngəzur dəhlizi 100 illik möhlətə icarəyə verilir

ABŞ təsdiqlədi: Zəngəzur dəhlizi 100 illik möhlətə icarəyə verilir

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizini öz üzərinə götürməyi təklif edib. Bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib.

Yenisabah.az middle east eye-a istinadla xəbər verir ki, mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, rəsmi Bakı sazişi imzalamazdan əvvəl bir neçə əlavə şərtdə israr edir.

“Azərbaycan İrəvandan tələb edir ki, digər şərtlərlə yanaşı, konstitusiyaya dəyişiklik edilsin. Əsas problemlərdən biri Azərbaycanı öz eksklavı olan Naxçıvanla Ermənistan ərazisi ilə vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizi adlanan layihədir”, - deyə Britaniya nəşri yazıb. pizza

Təhlilin davamında qeyd edilib ki, Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsinə təkid edir. Ermənistan isə marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir.

Uzunluğu 32 km olan dəhliz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasında ciddi maneəyə çevrilib.

"Onlar 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin".

Barakın şərhləri Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq özəl ABŞ kommersiya operatoru vasitəsilə dəhlizi idarə etmək təklifinin ilk rəsmi təsdiqidir.

“Carnegie Endowment”-in son hesabatında bu plan izah olunub: o, Avropa Birliyinin daha əvvəlki təklifi əsasında modelləşdirilib, ABŞ logistika firmasının marşrut boyunca yük tranzitinin idarə edilməsinə və monitorinqinə cavabdeh olacaq.

Türkiyə sakitcə Bakını sülh sazişini imzalamağa çağırıb və Azərbaycan rəsmilərinə İranın təsirinin azalması kimi regional dinamikanın dəyişməsini xatırladıb.

Danışıqlarla tanış olan regional mənbə Middle East Eye-a bildirib ki, dəhlizi idarə edən həm Ermənistan, həm də Azərbaycan tərəfindən bəyənilən özəl şirkət ideyasını əvvəlcə Türkiyə təklif edib.

“Lakin Ermənistan tərəfi şirkətdən dəhlizin Naxçıvan tərəfində də işləməyi tələb edib ki, bu da Bakı üçün qəbuledilməzdir”, - mənbə bildirib.

Türkiyə rəsmiləri Ermənistanı Türkiyəni birbaşa Orta Asiya ilə birləşdirəcək Orta Dəhlizdə mühüm halqa kimi görürlər. Türkiyə şirkətləri də Ermənistan daxilində potensial infrastruktur layihələrində iştirak etməyə can atırlar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri