ABŞ təyyaləri Yaxın Şərqə göndərilmək üçün artıq Rumıniyadadır
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Üç "Boeing KC-135 Stratotanker" yanacaqdolduran təyyarəsi İrana qarşı əməliyyatlarda iştirak etmək üçün Rumıniyaya göndərilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Digi24" televiziya kanalı məlumat yayıb.
Xəbərə görə, təyyarələr hazırda Buxarestdəki 90-cı hava bazasındadır. Orada onlar yanacaq dolduracaq və daha sonra ölkənin şərqindəki Mixail Koqelninaçu aviabazasına köçürüləcək. Qeyd olunub ki, radar sistemləri və hərbi personal hələ Rumıniyaya göndərilməyib.
Xatırladaq ki, "Digi24" kanalı daha əvvəl ABŞ-nin Rumıniyadan İrana qarşı əməliyyatlar üçün Mixail Koqelninaçu hava bazasından istifadə etməsini istədiyini vurğulayıb. Bildirilib ki, Rumıniya Prezidenti Nikusor Dan isə Buxarestin ABŞ təyyarələrinin və hərbi personalının hava bazasında yerləşdirilməsinə razılıq verib. Rumıniyanın keçmiş xarici işlər naziri Adrian Çioroyanunun sözlərinə görə, ölkənin coğrafi mövqeyi Mixail Koqelninaçu aviabazasını mühüm strateji aktivə çevirir və onun İrana qarşı zərbələr üçün istifadəsi ölkənin strateji maraqlarına uyğundur.
Baxış sayı:113
Bu xəbər 16 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















