Icma.az
close
up
RU
Diqqət Yaxın Şərqə

Diqqət Yaxın Şərqə

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Davam, yoxsa tamam: İran ilə İsrail atəşi kəsdi...

Bu dəfə cəmisi 11-12 gün çəkən İran - İsrail qarşıdurmasının növbəti mərhələsi atəşkəslə nəticələndi - iyunun 13-də İsrailin hərbi hücumu ilə başlanan münaqişə iyunun 24-də səhər saat 8-də iki dövlətin atəşkəs razılaşması ilə dayandırıldı. Qeyd edək ki, bu barədə ilk olaraq İranın “Press TV” telekanalı məlumat yayıb. Bildirilib ki, İran tərəfindən 24 iyun səhər saat 08:00-dən (Bakı vaxtı ilə) atəşkəs qüvvəyə minib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, İsrail və İran təxminən altı saat sonra atəşkəs sazişinin icrasına başlamaq üçün tam razılaşıblar.

Donald Tramp özünün “Social Truth” şəbəkəsində etdiyi paylaşımda Tehranın bölgədə sülh və harmoniyaya doğru irəliləmək istədiyini, İsrailin də eyni məqsədi olduğunu bildirib. “Social Truth”da etdiyi ikinci paylaşımında Tramp Qətər Əmirinə “bölgədə sülh axtarışında etdiyi hər şey üçün” təşəkkür edib.

“Təbriklər dünya, sülh zamanıdır!”, - Tramp üçüncü paylaşımında yazıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi də İranla atəşkəs razılaşmasının əldə olunduğunu rəsmən təsdiqləyib. İsrailin dövlət televiziyasının məlumatına görə, atəşkəs Qətərin vasitəçiliyi ilə əldə olunub.

Ehtimallar doğruldumu?

Beləliklə, bütün dünyanın “III Dünya müharibəsinin startı” adlandırdığı münaqişə dayandırıldı - bu atəşkəsin müvəqqəti status daşıyacağı və ya sonradan davamlı razılaşmalara yol açacağı hələ ki, tam məlum deyil. Qeyd edək ki, Qərbin bir çox analitikləri atəşkəsin münaqişənin mahiyyətinin dəyişməsi təhlükəsindən qaynaqlandığını iddia edirlər. Bildirilir ki, qarşıdurmanın qısa müddət çəkəcəyi gözlənilsə də, ikinci həftəsinə qədəm qoydu - bu isə ağır nəticələr vəd edirdi. Hətta bəzi siyasi mərkəzlər qarşıdurmanın coğrafiyasının genişlənmə təhlükəsinin anonsunu verirdi. Ərəb Liqasının bəyanatları, rəsmi Tehranın verdiyi cavablar, ABŞ və İsrailin addımları da göstərirdi ki, miqyas böyüyə bilər. Bunu dayandırmaq üçün isə ilkin addım kimi atəşkəsə nail olmaq olduqca vacib əhəmiyyət daşıyır.

Beynəlxalq aləm dəstəkləyir...

Beynəlxalq aləmin də atəşkəsə münasibəti müsbət olub - Fransa Xarici İşlər Nazirliyi bildirib ki, ölkə ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsini alqışlayır. Rəsmi sənəddə vurğulanır ki, bu bəyanat hərbi əməliyyatların tamamilə dayandırılmasına səbəb olmalıdır və Fransa bütün tərəfləri hörmət etməyə çağırır. Bəyanatda bildirilir: “Fransa xatırladır ki, yalnız diplomatik həll yolu İranın nüvə proqramı ilə bağlı təhlükəsizlik çağırışlarına davamlı cavab verə bilər. İran nüvə silahına malik olmamalıdır. Bu baxımdan, Fransa Tehranı dərhal danışıqlar masasına oturmağa və nüvə - ballistik proqramların zərərsizləşdirilməsi, eləcə də regiondakı fəaliyyəti ilə bağlı bütün məsələləri həll edəcək sazişi bağlamağa çağırır.”

Fransanın bəyanatına Almaniya kansleri Fridrix Mertz də qoşulub. O, X səhifəsində (keçmiş Twitter) yazıb: “Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə infrastrukturuna qətiyyətli zərbələrindən sonra möhkəmlənə bilsə, bu, çox yaxşı inkişaf olacaq”.

Mertz hər iki tərəfi mərhələli atəşkəs haqqında razılaşmalara ciddi riayət etməyə çağırıb və əlavə edib ki, NATO-nun Haaqa sammiti çərçivəsində amerikalı və avropalı tərəfdaşlarla vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə edəcəklər.

Türkiyə də öz növbəsində dialoqa çağırış edib. Prezident Rəcəb Tayyib Ərdoğan diplomatiyanı İran və İsrail arasında münaqişənin həllinin ən uğurlu yolu adlandırıb. “Tərəflər barmağını tətikdən çəkməli və münaqişənin həllinin ən təsirli yolu kimi diplomatiyaya şans verməlidirlər”, - deyən Ərdoğan qeyd edib ki, Ankara tərəflər arasında atəşkəs barədə qəbul edilən qərarı alqışlayır: “Biz ABŞ prezidenti Donald Trampın dünənki bəyanatlarından sonra baş verənləri diqqətlə izləyirik və tərəflərin atəşkəslə bağlı qərarını alqışlayırıq. Həmçinin hər iki tərəfi atəşkəsə əməl etməyə çağırırıq”.

Avropa İttifaqı (Aİ) İsraillə İran arasında əldə olunan atəşkəs razılaşmasını dəstəkləyir, lakin bunun uzunmüddətli təmin olunmasını zəruri hesab edir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, danışıqları davam etdirmək və atəşkəs rejimini qorumaq üçün diplomatik kanallardan fəal istifadə etmək çox vacibdir. “Əlbəttə, biz atəşkəs rejimini alqışlayırıq, lakin uzunmüddətli perspektivdə ona əməl olunması da eyni dərəcədə vacibdir. Bunun üçün danışıqlar aparmaq və konkret şərtləri müzakirə edərək diplomatik mexanizmlərdən yararlanmaq lazımdır”, - Avropa diplomatiyasının rəhbəri bildirib.

Öldürülən generallar...

11-12 gün davam etmiş müharibə isə arxasında böyük itkilər buraxdı. İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi bildirib ki, müharibə zamanı 606 iranlı həyatını itirib. Yaralananların sayı isə 5332 nəfər təşkil edib. Atəşkəsdən 24 saat öncə edilən hücumda  107 nəfər ölüb, 1342 nəfər yaralanıb.

Qarşıdurma zamanı İranın yüksək rütbəli zabitlərindən ən azı 6-sı öldürülüb, hətta bəzi mənbələrdə 20-dən çox yüksək səviyyəli komandanın həlak olduğu xəbərləri bildirilir. Ölümü təsdiqlənən yüksək zabitlər arasında ən tanınmışları İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Mohammad Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı, general Hüseyin Salami, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə komandanı, general Davud Şuyxiyan, İran Silahlı Qüvvələr Baş Qərargahının əməliyyat üzrə komandan müavini, briqada generalı Mehdi Rəbbaninin adları yer alır. Bundan başqa, SEPAH kəşfiyyat komandiri Məhamməd Kazemi, onun müavini Hassan Mohaqeq, cəmisi bir neçə gün qərargah rəisi işləmiş Əli Şadmani də hücumlar zamanı həyatını itirib.

İsrail hökuməti isə hələlik yüksək rütbəli zabit itkisini rəsmən təsdiq etməyib. Beynəlxalq xəbər agentliklərinə və xəbər mənbələrinə görə İsrail müharibə zamanı 24-28 nəfər itki verib, ancaq bu rəqəmin hamısı mülki şəxslərdir - onların arasında yüksək rütbəli hərbçilər yoxdur.

Maddi itkilər böyükdür...

Maddi itkilərə və dağıntılara gəldikdə isə, bunun miqyası daha böyükdür - xatırladaq ki, ayrı-ayrı xarici mənbələr hər iki dövlətin müharibə ilə bağlı hər gün yüz milyonlarla dollar pul xərclədiyini yazır. Təhlilçilər bildirir ki, müharibə davam edərsə, aylıq xərclər təxminən 12 milyard dollar ola bilərdi.

İnfrastruktur zərərinə gəldikdə isə İranın raket hücumları nəticəsində İsrailin bəzi şəhərlərində binalar, kütləvi infrastrukturlar və elmi-tədqiqat obyektləri hədəfə alınıb. Tək “Weizmann” Araşdırma İnstitutu 300-500 milyon dollar civarında ziyana məruz qalıb. Bundan başqa Soroka Tibb Mərkəzinə, Təl - Əviv Stok Birjasına da  raket hücumları həyata keçirilib.

İranda isə dağıntılar daha böyük miqyaslıdır. Müharibənin ilk günlərində Kirmanşah Raket Bazası dağıdılıb. Eləcə də Arak IR-40 ağır su reaktoru İsrail tərəfindən bombalanıb. Bundan başqa Natanz Uran Emalı Kompleksi, Fordo Zənginləşdirmə Kompleksi, Parçin, Xojir və Parand hərbi kompleksləri, Müdafiə Nazirliyi, SEPAH və Qüds Qüvvələri Baş Qərargahları, Təbriz Hərbi Hava Bazası hədəfə alınıb.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see376

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see356

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see280

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see269

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see257

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see244

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see241

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see238

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see229

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see217

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see203

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see200

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see196

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see194

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see186

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

27 Avqust 2026 19:54see173

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see172

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri