Icma.az
close
up
RU
ABŞ Türkiyə: Düşmən, yoxsa müttəfiq?

ABŞ Türkiyə: Düşmən, yoxsa müttəfiq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə və ABŞ prezidentləri arasında sentyabrın 25-də keçirilən görüşdə verilən müsbət mesajlara baxmayaraq Prezident Rəcəb Tayyib Ərdoğan Donald Trampdan istədiklərini ala bilməyib.

Görüşün ümümi mənzərəsi tərəflər arasında siyasi razılaşmaların əldə olunduğu görüntüsünü yaratsa da, bu dəfə də ABŞ Türkiyəyə qarşı sərt mövqeyini dəyişmədi. 

Prezident Rəcəb Tayyib Ərdoğanın Ankaraya qayıtmasından dərhal sonra ABŞ Konqresi Türkiyənin istehsal etdiyi beşinci nəsil “KAAN” qırıcıları üçün mühərriklərin verilməsinə qadağa qoyub. Nəticədə, “KAAN” qırıcılarının istehsalı dayanıb.

Konqres Türkiyənin “F-35” proqramına qaytarılması təklifini də dəstəkləməyib. Bu barədə açıqlama verən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, hazırda “KAAN” mühərrikləri ilə bağlı qanun layihəsi Konqresdə gözləmədədir.

Lakin ABŞ bunun reallaşması üçün ilk növbədə, ABŞ-nin 2019-cu ildə Türkiyəyə tətbiq etdiyi “CAATSA” ((Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu - red.) sanksiyaları ləğv edilməlidir.

Qeyd edək ki, ABŞ həmin vaxt Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri aldığına görə həmin sanksiyaları tətbiq edib. İndi həmin qadağalar qüvvədə qaldığına görə ABŞ Konqresi Trampın Ərdoğana verdiyi vədi yerinə yetirmir.

Ərdoğanla keçirilən görüşdə Trampın kostyumunun yaxasına “F-35” qırıcılarının nişanını vurması artıq tərəflər arasında bu məsələ ilə bağlı fikir ayrılığına son qoyulması kimi şərh olunmuşdu. Lakin proseslərin sonrakı inkişafı müzakirələrin heç də göründüyü kimi asan keçmədiyindən xəbər verir. 

Hakan Fidan həm “F-35”, həm də “KAAN” mühərrikləri ilə bağlı addımların atmalı olduğunu deyib.““KAAN”-ın mühərrikinin lisenziyası dayandırıldı. ABŞ-la bağlı məhdudiyyətlər bizi beynəlxalq sistem daxilində alternativ variantlar axtarmağa məcbur edəcək”, - deyə Fidan bəyan edib. 

Konqresin bu qərarı çox güman ki, Türkiyənin ABŞ-dən 40 ədəd “F-16 Block-70” qırıcılarının alınmasına dair razılaşmanı da əngəlləyəcək. Beləliklə, ABŞ Türkiyəyə qarşı sanksiyaları qüvvədə saxlamaqla bu qadağaları yenidən tətbiq etmiş oldu.

Bu isə Türkiyə-ABŞ münasibətlərində Trampın prezidentliyi dövründə müşahidə olunan yumşalmanı yenidən gərginləşdirə bilər. Hətta Konqresin bu addımına cavab olaraq, Türkiyənin ABŞ-dən 225 ədəd “Boeing” sərnişin təyyarələrinin, həmçinin 43 milyard dollar dəyərində maye qazın  alınmasına dair müqavilələrin icrasından imtina edəcəyi istisna olunmur. Hakan Fidanın açıqlaması göstərir ki, Türkiyə ABŞ ilə razılaşma əldə edə bilməsə, alternativ bazarlara üz tutacaq.

Xatırladaq ki, “F-16 Block-70” qırıcılarının alınması ilə bağlı Bayden administrasiyası ilə fikir ayrılığının yaranması Türkiyənin Avropadan “Eurofither” döyüş təyyarələrinin idxalı ilə nəticələnmişdi. Hazırda Türkiyə üçün “F-35” proqramına qayıdış o qədər də vacib hesab edilmir.

Çünki Türkiyə “KAAN” qırıcıları üçün mühərriklərinin tədarükü üçün  razılıq əldə edə bilsə, yaxın illərdə 5-ci nəsil döyüş təyyarələrinə sahib olacaq. Bu baxımdan, mühərrik çatışmazlığı Türkiyə üçün müvəqqəti çətinlikdir. Ankaranın üz tutacağı alternativ bazarlardan həmin texnologiyaya malik olan Çin ola bilər. 

“KAAN” milli mühərrikinin istehsalı ilə məşğul olan “TUSAŞ Motor Sanayii A.Ş.” şirkəti isə onu 2032-ci ildə tam istismara verməyi planlaşdırır. Yəni Türkiyə üçün ABŞ mühərrikləri 2028-2032-ci illər ərzində lazımdır. 

İlkin mərhələdə 20 ədəd “KAAN” üçün Türkiyənin 40 ədəd mühərrikə ehtiyacı var. Bu, “KAAN”-ın ixracına da təsir göstərə bilər. Xüsusilə də İndoneziyada ilə imzalnmış müqaviləyə görə Türkiyə 12 il ərzində təhcizat işlərini müqaviləyə uyğun yerinə yetirməlidir. 2

032-ci ildən sonra ixrac olunacaq qırıcıların yerli mühərriklər hesabına uçacağı ehtimalı yüksəkdir. Türkiyə ilə ABŞ arasında yaranmış ziddiyyətin yalnız “CAATSA” qanunu ilə bağlı olması bəlkə də tərəflərin razılığa gələ biləcəyi məsələ olardı.

Tramp-Ərdoğan görüşü zamanı və sonra yayılan məlumatlar ABŞ-nin Türkiyə qarşısında siyasi şərtlərinin olduğunu göstərir. Çox güman ki, Vaşinqton və Ankaranın bu məsələlərdə razılığa gələ bilməməsi Konqresdə Türkiyə əleyhinə qərarın çıxmasına səbəb olub. Hələ Ağ Evdə müzakirələr zamanı Tramp jurnalistlərin qarşısında Ərdoğanı Rusiyadan  neft və təbii qaz alışından imtina etməyə çağırmışdı. Bununla da ABŞ demək olar ki, Türkiyənin Rusiya əleyhinə sanksiyalara qoşulmasına nail olmağa çalışır.

Lakin Türkiyə Prezidenti bu təklifə müsbət cavab verməyib və ABŞ-dən sıxılmış qazın alınması barədə müqavilə imzalamaqla Trampın tələbi qarşılığında bir növ balanslaşdırıcı gediş etməyə çalışıb. Konqresin qərarı isə ABŞ-nin bu məsələdə israrlı olduğunu deməyə əsas verir. 

ABŞ-nin digər tələbi Yaxın Şərqdəki vəziyyətlə bağlıdır. Rəcəb Tayyib Ərdoğanın Ağ Evə səfəri ərəfəsində ABŞ-nin Ankaradakı səfiri Tomas Barak açıqlama verərək Türkiyənin HƏMAS-a və “Müsəlman qardaşları” təşkilatına dəstək verdiyini bildirib. Vaşinqtonda Trampın Ərdoğandan məhz bu dəstəyi geri çəkməyi istədiyi ehtimal olunur.

Ancaq tərəflərin hələlik qeyd edilən məsələlərdə ümumi mövqeyə gələ bilməyiblər. Ona görə də ABŞ-nin mühərriklərin verilməməsi barədə qərarı Türkiyəyə təzyiq kimi başa düşülə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: ABŞ-Türkiyə Rəcəb Tayyib Ərdoğan Donald Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see419

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see332

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see331

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see266

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see262

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see208

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see204

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see201

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see194

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see181

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see170

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see168

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see165

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see164

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see162

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri