Icma.az
close
up
RU
MÜTTƏFİQ SƏMASINDA “DÜŞMƏN ATƏŞİ”... Rusiya üzr istəyəcək, yoxsa yenə iz itirəcək?

MÜTTƏFİQ SƏMASINDA “DÜŞMƏN ATƏŞİ”... Rusiya üzr istəyəcək, yoxsa yenə iz itirəcək?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Təəssüf ki, böyük mütəfəkkirlər yetişdirməsinə baxmayaraq, tarix boyu Rusiya üçün insan həyatının elə bir ciddi dəyəri, qiyməti olmayıb. İstər rəsmən imperiya adı daşıyanda, istər SSRİ dövründə, istərsə də bu gün. Onun günü bu gün Ukraynadakı mənasız, ədalətsiz, vəhşi işğalçılıq müharibəsində öz vətəndaşlarını “top əti” kimi dəstə-dəstə qırğına verməsi də bunun bariz göstəricisidir. Onun Ukrayna üzərindəki əsas “üstünlüyü” də elə məhz bunda – insan həyatına heç bir dəyər verməməsindədir...

Təəsüf ki, Rusiyanın bu “xüsusiyyəti” onun tərəfindən təkcə öz vətəndaşları deyil, keçmiş müstəmləkələrinə, bu gün “müttəfiq” adlandırdığı ölkələrin vətəndaşlarına da şamil olunmaqdadır. Bunu son olaraq Qroznıya enməli olan Azərbaycana məxsus sərnişin təyyarəsinə, onun sərnişinlərinə və ekipajına münasibətdə bir daha gördük.

Artıq mütəxəssislərin bildirdiyi və məlum kadrlardan da göründüyü kimi, bu təyyarənin Rusiya HHM-ləri tərəfindən vurulduğuna şübhə yoxdur. Əgər təyyarə qəsdən vurulubsa, bu, açıq təxribat, Azərbaycana qarşı düşmənçilikdir ki, bunu qətiyyətlə istisna etmək istərdik...Yox, təsadüfən vurulubsa, bunun da etitafı, izahı olmalıdır.

Mütəxəssislər təyyarədəki mərmi izlərinin bir müddət əvvəl Çeçenistana gətirilən “Pantsir-S” sisteminə aid oluğunu deyirlər. Onu da qeyd edirlər ki, bu sistemlərin ekranında operatorlar hədəfləri görürlər, onlar rəqəmlərlə qeyd olunur və hansı hədəfin vurulmalı olduğu müəyyən edilərək, atəş komandası verilir. İndi görün, “dünyanın ikinci ordusu”nda başıpozuqluq, qorxu, qeyri-peşəkarlıq, özbaşınalıq, texnoloji gerilik və s. hansı səviyyədədir ki, digər hərbi hədəflərin yerinə sərnişin təyyarəsini vururlar...

Deyək ki, çox böyük ehtimalla təyyarə bilərəkdən vurulmayıb. Bəs yaxınlıqdakı aeroportları qoyub, onu Xəzərə - düzgün ölümə yönləndirmələridəmi bilərəkdən olmayıb?! Məqsəd nə idi? Dənizə düşəcək, batacaq, iz itəcək? Budurmu müttəfiq dövlətə, onu vətəndaşlarına göstərilən münasibət? Əsl normal, insani münasibəti Rusiya yox, qardaş Qazaxıstan göstərdi.

Rusiyada, dövlət içində dövlət olan Çeçenistanda isə dünən Ramzan Kadırov təyyarəmiz vurulan gün “bütün hədəfləri vurmuşuq” deyərək qürrələnən qardaşı oğlu Həmzət Kadırovu "Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı ilə təltif etdi. “Rosaviasiya” isə qəzadan dərhal sonra təyyarənin “quş dəstəsi ilə toqquşduğuna” dair absurd iddia ilə çıxış etdi. Əsas olaraq da guya pilotların quş dəstəsinə çırpıldıqları barədə dispetçerlə danışıqları gətirildi. Hansı ki, sərnişin təyyarəsinin pilotları heç də hər gün raket atəşinə məruz qalmadıqları, bunun əlamətlərini bilmədikləri üçün doğrudan da zərbənin quş dəstəsilə toqquşma olduğunu güman edə bilərdilər.

Lakin istər “Rosaviasiya”, istərsə də ona göstəriş verənlər ilk andaca onun raketlə vurulduğunu çox gözəl bilirdilər və məhz buna görə onu Xəzərə yönləndirmişdilər. Hətta ötən gün Rusiyanın nisbətən müstəqil “teleqram” kanalları Çeçenistanda təyyarənin düşməsindən dərhal sonra həmin səhər növbədə olan və HHM sistemlərini idarə edən hərbçilərin Rusiya istintaq orqanları tərəfindən sorğu-sual edildiyinə dair məlumatlar yaydılar. Bu sorğu-sualın günahkarların müəyyən edilməsi, yoxsa hadisəni ört-basdır etmək üçün təlimatların verilməsi üçün edildiyi hələ ki, bilinmir...

Ancaq dəqiq bilinən odur ki, “quş dəstəsi” versiyası “quşbaşlar” və Azərbaycandakı bəzi “rusbaşlar” üçün idi. Əsl məqsəd 1918-ci ildə Azərbaycanı işğal edib Cümhuriyyətə son qoyulmasında, 1930-cu illər repressiyalarında, 20 yanvar və Xocalı qətliamlarında və digər cinayətlərdə olduğu kimi, iz itirmək idi!

Bu hadisə həm də onu göstərdi ki, Ukrayna müharibəsi artıq Qafqazın qapısına dirənib. Onun dəhşətli fəsadlarını Ukrayna ilə birgə Rusiyanın əsrlər boyu özünün “arxa bağçası” hesab etdiyi bütün məmləkətlər öz üzərində hiss edir...

O da heç kimə sirr edyil ki, Azərbaycanın sərhədlərinin bağlı saxlanmasından tutmuş ölkəmizə qarşı son zamanlar misli görünməmiş həddə çatan xarici təzyiqlərə qədər əksər problemlərimizin başlıca səbəblərindən biri Rusiya faktorudur. Rusiya ilə İran arasında buterbrodun arasındakı yağlı tikə kimi qalan Azərbaycana iştahla baxanlar, ondan “özünü yandırmasını” gözləyənlər çoxdur. Ona görə də ehtiyatı əldən vermək qətiyyən doğru olmaz. Lakin açıq-aşkar Rusiyanın əməli olan bu təyyarə qəzasının ədalətli araşdırılmasında, günahkarların üzə çıxarılaraq cəzalandırılmasında, həlak olanların ailələrinə və xəsarət alanlara kompensasiya ödənməsi məsələsində Azərbaycan heç bir güzəştə getməməlidir...

Unutmayaq ki, 2020-ci ilin noyabrında Naxçıvanla sərhəddə Rusiyaya aid hərbi(!) helikopter vurulanda Azərbaycan dərhal buna görə üzr istədi və qarşı tərəfə kompensasiya ödədi. Baxmayaraq ki, hələ istintaq aparılmamışdı, helikopterin əslində kim tərəfindən vurulduğu və ümumiyətlə, onun Naxçıvanla sərhəddə nə gəzdiyi, nə məqsəd daşıdığı müəyyən edilməmişdi. Qroznıya uçan bizim mülki(!) təyyarəmizin isə yolu da, izi də, məqsədi də, nəhayət, kim tərəfindən vurulduğu da bəllidir...

Əslində, dövlətlər də adamlar kimidir. Böyük adamlar böyüklük göstərməyi, ləyaqətlə, ədalətlə davranmağı, yeri gələndə öz günahlarını etiraf etməyi və üzr istəməyi də bacararlar. Gövdəsi böyük, mahiyyəti, məzmunu kiçik, cılız adamlar isə yalnız öz “qabaritlərinə” güvənər, əvəzində nə ləyaqət, nə də şərəf anlayışı bilərlər. Odur ki, bu qəzadakı günahkar tərəfdə azacıq da olsa yuxarıda sadalanan hisslər qalıbsa özündə cəsarət tapıb cinayətini etiraf etməli, üzr istəməli, bu cinayəti törədənləri cəzalandırmalıdır...

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Yanvar 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri