ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini yenidən nəzərdən keçirir
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən nəzərdən keçirir.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat verib.
"Biz bir addım geri çəkilmişik və bu münasibətlərin bütün aspektlərini dayandırırıq və yenidən nəzərdən keçiririk", - deyə o, Ağ Evdə Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı suala cavabında bildirib.
Uolts əlavə edib ki, o, ukraynalı həmkarı ilə münaqişənin həlli üzrə danışıqların aparılması üçün mümkün yer və onlara gələn nümayəndə heyətlərinin tərkibi barədə telefon danışığı aparıb.
ABŞ prezidentinin köməkçisi danışıqları baş tutmuş hesab etdiyini və son sutka ərzində bu sahədə baş verən proseslərlə bağlı nikbin olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Mart 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















