“Politico”: Aİ Ukrayna ilə yaxınlaşma variantlarını nəzərdən keçirir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 30 aprel, AZƏRTAC
Ukraynanın sürətləndirilmiş üzvlük ideyasını qəbul etməyən Avropa İttifaqı (Aİ) Kiyevlə tədricən yaxınlaşmanın alternativ formatlarını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatlara istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, sürətləndirilmiş üzvlük ideyası martda keçirilən görüşdə rədd edilib. Üzv dövlətlər əsas islahatlar başa çatanadək Ukraynanın Aİ-yə qəbul olunmasını qeyri-mümkün hesab ediblər.
Hazırda Brüssel Kiyevin tam üzvlükdən əvvəl bir sıra siyasi və iqtisadi üstünlüklər əldə etməsinə imkan verəcək qısamüddətli tədbirlər paketi hazırlayır. Paketə bazara çıxışın genişləndirilməsi, Avropa proqramları və institutlarında daha fəal iştirak etmək daxildir. Nəzərdən keçirilən variantlar arasında tədrici inteqrasiya konsepsiyası da var.
Eyni zamanda, nəşrin mənbələri vurğulayır ki, Brüssel Ukraynanın Aİ-yə qoşulması kursunu saxlasa da, yaxın gələcəkdə bunu real hesab etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 30 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















