Icma.az
close
up
RU
ABŞ Ukrayna münasibətləri yumsalır? Zelenski Trampın şərtlərini qəbul edəcək

ABŞ Ukrayna münasibətləri yumsalır? Zelenski Trampın şərtlərini qəbul edəcək

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna və ABŞ rəsmilərinin bu həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacağı gözlənilir.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə ABŞ dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valtz, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak iştirak edəcək.

Maraqlıdır ki, bu görüş Ukrayna-ABŞ münasibətlərini yumşalda biləcəkmi?

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində bu görüş daha çox mürəkkəb mövzuları əhatə edəcək.

Onun sözlərinə görə, müzakirələr xüsusən də Ukrayna-Rusiya müharibəsi, nadir metalların istismarı ilə bağlı sazişin üzərində dayanacaq:

"Çox güman ki, görüş əsnasında tərəflər müəyyən ziddiyyətli fikirləri aradan qaldırmağa çalışacaqlar. Çünki artıq nadir metallarla bağlı razılaşma var. Ümumilikdə Rusiya və Ukrayna müharibə ilə bağlı fərqli mövqedə dayanırlar. Bununla bağlı fikir mübadiləsi görüşdən sonra da davam edəcək”.

Müsahibimiz deyir ki, ABŞ iki ölkə arasında atəşkəsin yaxın zamanlarda baş tutmasında və davamlı olmasında maraqlıdır. Daha sonra isə atəşkəs əsnasında sülh müqaviləsinin bağlanmasını istəyir. Ukrayna isə Rusiya ilə nə vaxtsa bağlanacaq sülh sazişinin Kiyevin ərazi bütövlüyünü pozmayacağını arzu edir.

İlqar Vəlizadə: ABŞ iki ölkə arasında atəşkəsin yaxın zamanlarda baş tutmasında maraqlıdır

İ.Vəlizadə hesab edir ki, Ukraynanın ABŞ-yə qarşı hər hansısa tutarlı əks arqument irəli sürmək imkanları azdır.

"Ukrayna ABŞ-dən və Qərb ölkələrindən hərbi sahədə tamamilə asılıdır. Ona görə də tərəflər müəyyən ortaq məxrəcə gələcəklər. Ukraynaya ABŞ ilə dialoq lazımdır və başqa çıxış yolu yoxdur. Ukrayna ABŞ-nin tələblərini qəbul etməsə də, razılaşmağa məcbur olacaq. Zelenski bu yaxınlarda açıqlamasında bildirdi ki, Trampın rəhbərliyi altında davamlı sülhə getməyə hazırdır. Bir ölkənin başçısı digər ölkə başçısının rəhbərliyi altında sülhə getməyə hazırdırsa, bu, Ukraynanın Amerikanın şərtlərini qəbul etməyə məcbur olacağını göstərir", - deyə İlqar Vəlizadə vurğulayıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri