ABŞ Ukrayna üzrə də “Sülh Şurası” yaratmaq istəyir
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, “Financial Times (FT)” nəşrinin məlumatına görə, oxşar mexanizm daha əvvəl Qəzza zolağında döyüşlərin dayandırılması üçün hazırlanıb və indi həmin modelin Ukrayna, hətta Venesuela kontekstinə uyğunlaşdırılması planlaşdırılır.
“ABŞ ilə aparılan danışıqlarda iştirak edən ukraynalı məmurlardan biri “Sülh Şurası”nın yaradılmasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsinə yönəlmiş daha geniş təşəbbüslər paketinin əsas elementlərindən biri kimi dəyərləndirildiyini bildirib”, - qəzet yazır.
Nəşr bildirir ki, şuraya şəxsən Donald Trampın rəhbərlik etməsi mümkündür. Qurumun tərkibinə Ukrayna, Rusiya, Avropa və NATO-nun nümayəndələrinin daxil edilməsi təklif olunur.
“Sülh Şurası”nın əsas məqsədi əldə olunacaq sülh planının kağız üzərində qalmasının qarşısını almaq və onun bütün tərəflər tərəfindən real şəkildə icra olunmasını təmin etməkdir.
Xatırladaq ki, bundan əvvəl Ağ Ev administrasiyası Qəzza sektorunda formalaşdırılmış Sülh Şurasının tərkibini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:BMT Trampın Qəzzada “Sülh Şurası” yaratmaq ideyasını dəstəkləyib
18 Noyabr 2025 15:05
Qəzza üzrə Sülh Şurası nə vaxt elan olunacaq?
15 Yanvar 2026 10:31
ABŞ və Rusiyanın Ukrayna üzrə sülh planı
18 Fevral 2025 17:55
Avropa Şurası Ukrayna üzrə xüsusi tribunalın yaradılmasına başlayıb
15 May 2025 13:05
“The Telegraph”: Tramp Qəzzanın idarəsi üçün Sülh Şurası yaratmaq niyyətindədir
14 Yanvar 2026 15:07
Baxış sayı:67
Bu xəbər 17 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları