Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Qəzza üzrə Sülh Şurası nə vaxt elan olunacaq?

Qəzza üzrə Sülh Şurası nə vaxt elan olunacaq?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Böyük Britaniya Sülh Şurasına qoşulmaq imkanını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planı Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyə yönəlib.  Ötən il oktyabrın 9-da İsrail və HƏMAS hərəkatı Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün sülh planı çərçivəsində ilk razılaşmaları imzalayıb. Bu münasibətlə Misirin Şarm əl-Şeyx şəhərində Sülh Sammiti keçirilib. Atəşkəsin birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasına və HƏMAS tərəfindən saxlanılan girovların İsrail tərəfindən saxlanılan yüzlərlə fələstinli ilə dəyişdirilməsinə imkan yaratdı. Bəzən qarşılıqlı ittihamlar səslənsə də, prinsip etibarı ilə, razılaşma qüvvədə qalıb.

Donald Trampın 20 maddəlik sülh planı çərçivəsində Qəzza Sülh Şurasının yaradılması nəzərdə tutulur. Şura yeni texnokratik Fələstin hökumətinin yaradılmasına, HƏMAS-ın tərksilah edilməsinə, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə, əlavə İsrail qoşunlarının çıxarılmasına və Qəzzanın yenidən qurulmasına nəzarət etməlidir.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ lideri yaxın günlərdə müharibədən sonrakı planların həyata keçirilməsi üçün Qəzza üzrə Sülh Şurasının tərkibini elan etməyi nəzərdə tutur. Nəşr qeyd edir ki, şuranın tərkibinin elan olunduqdan sonra ilk iclasının Davos Forumu çərçivəsində keçiriləcəyi gözlənilir. Məlumata görə, şura dövlət və hökumət başçılarından ibarət olacaq və ona şəxsən Tramp rəhbərlik edəcək. Trampın sədrliyi ilə təxminən 15 dünya liderinin şuraya daxil olacağı bildirilir. Şuraya qoşulması gözlənilən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə də var. İsrailin Baş naziri Benyamin Netanyahu planı dəstəkləyib, lakin HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın tam demilitarizasiyası üzərində israr edir.

Yanvarın 7-də isə Qahirədə görüşən Misir və Avropa İttifaqı liderləri oktyabr  atəşkəsini izləmək üçün Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini tələb ediblər. “Vəziyyət son dərəcə ağırdır. HƏMAS tərksilah olmaqdan imtina  edir  və sülh planının növbəti mərhələsinə doğru irəliləyişi əngəlləyir. İsrail isə beynəlxalq QHT-lərin fəaliyyətini məhdudlaşdırmaqla humanitar yardıma çıxışı ciddi şəkildə təhlükə altına alır”, - deyə Aİ-nin ali nümayəndəsi Kaya Kallas bildirib. O vurğulayıb ki, Qəzzada humanitar vəziyyətin hazırkı səviyyəyə qədər pisləşməsi üçün heç bir səbəb yoxdur.

Bu arada, BMT-nin Qaçqınlar Agentliyinin rəhbəri xəbərdarlıq edib ki, İsrailin təşkilata təzyiqi xidmətlərdə “böyük boşluq” yaratmaq riski daşıyır. BMT-nin Fələstin Qaçqınları üzrə Yardım və İşlər Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini isə jurnalistlərə bildirib ki, başqa heç bir təşkilatın bu ərazilərdə səhiyyə, təhsil və sosial xidmətlər göstərmək qabiliyyəti və ya “icma etibarı” yoxdur.

Yanvarın 12-də isə ABŞ, Türkiyə, Misir və Qətər Qəzza sektoru üzrə sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüş keçiriblər. Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza üzrə sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Dekabr ayının sonunda Mayamidə keçirilən görüşün davamı olan müzakirələrdə, həmçinin ABŞ, Misir və Qətərdən olan rəsmi şəxslər iştirak ediblər”, - deyə məlumatda bildirilib.

Böyük Britaniyaya gəlincə, Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılması planlaşdırılan Qəzza Sülh Şurasına qoşulmaq imkanını nəzərdən keçirir. Böyük Britaniya diplomatları hazırda ABŞ Dövlət Departamentindən şuranın səlahiyyətləri və üzvlərinin rolu ilə bağlı daha ətraflı məlumat almağa çalışır. “The Sunday Times” nəşri Kir Starmerin bu quruma qoşulmaq üçün dəvət edildiyini yazıb.

Bütün bunlar göstərir ki, beynəlxalq birlik Qəzzada sülhün və sabitliyin təmin olunmasına çalışır. Lakin hələ də davam edən gərginlik Yaxın Şərqdə qan tökülməsinin dayandırlması üçün daha böyük səylər tələb edir.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:349
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri