ABŞ Ukraynadan dron müharibəsini öyrənir
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ ordusu Ukraynadakı müharibənin dronlarla aparılan yeni mərhələsini rəsmi şəkildə tədris proqramlarına daxil edir.
2026-cı ilin fevral ayında Fort Moore hərbi bazasında açılan xüsusi komandanlıq kursları batalyon və briqada səviyyəsində olan zabitlərə pilotsuz uçuş aparatlarının və yerüstü robot texnikasının döyüş meydanında istifadəsini öyrətməyi hədəfləyir.
"Cebheinfo.az" ABŞ mediasına istinadən xəbər verir ki, kursların məqsədi əməliyyat planlaşdırılmasına cavabdeh olan zabitlərin taktiki düşüncə tərzini yenidən formalaşdırmaqdır. Kəşfiyyat, hücum və logistika məqsədli dronlar artilleriya, piyada və elektron müharibə vasitələri ilə birlikdə vahid döyüş şəbəkəsinin tərkib hissəsi kimi nəzərdən keçirilir.
Proqram çərçivəsində zabitlərə yeni taktiki yanaşmalar aşılanır. Paylanmış kəşfiyyat sistemlərindən səmərəli istifadə, məlumat ötürülmə müddətinin minimuma endirilməsi, elektron müharibə şəraitində dayanıqlığın artırılması, həmçinin dronların atəş dəstəyi və döyüşün idarə olunmasında mərkəzi rolu əsas diqqət mövzularındandır.
Bu təlimlərlə dronlar ABŞ ordusunda döyüşün idarə edilməsinin əsas elementinə və atəş gücünün aparıcı vasitələrindən birinə çevrilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 Fevral 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















