Icma.az
close
up
RU
ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ Ukraynaya silah və sursat tədarükünü dayandırıb, lakin Kiyev hələ də hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər təchizata malikdir. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. Yayımı “Fox News” həyata keçirib.

Tramp nadir torpaq metalları üzrə razılaşma da daxil olmaqla, mümkün nizamlanma üzrə danışıqların davam etdiyini və hələlik ABŞ-ın hərbi təchizatı artırmayacağını vurğulayıb. Bununla belə, o etiraf edib ki, diplomatik səylər uğursuz olarsa, yardım bərpa oluna bilər.

Bundan əlavə, Tramp Ukraynada sülhməramlıların yerləşdirilməsini təklif edib, ancaq bütün tərəflərə uyğun formatda. O qeyd edib ki, Avropa gələcəkdə Ukraynaya hərbi dəstəyə görə məsuliyyət daşımalıdır. Eyni zamanda, Moskva NATO sülhməramlılarına kəskin şəkildə qarşı çıxır və belə bir addımı münaqişənin genişlənməsi təhlükəsi adlandırır.

Tramp Ağ Evə qayıtdıqdan sonra Vaşinqton Kiyevə heç bir yeni yardım paketi elan etməyib və onun Rusiya ilə danışıqlarda tonu Avropada narahatlıq yaradıb. Ukraynaya hərbi dəstək məsələsi ABŞ-Avropa münasibətlərində ən aktual mövzulardan birinə çevrilib.

Bütün bunların fonunda Kiyev və Vaşinqton Ukrayna faydalı qazıntılarının hasilatı üzrə sazişin şərtləri barədə razılığa gəliblər və bu sazişi cümə günü imzalaya bilərlər. Sənədə əsasən, Amerika şirkətləri hərbi yardıma görə kompensasiya kimi nadir torpaq minerallarına çıxış əldə edəcək və hasilatdan əldə olunan gəlirlər müharibədən sonra Ukrayna infrastrukturunun və iqtisadiyyatının bərpasını təmin etmək üçün nəzərdə tutulmuş birgə idarə olunan investisiya fonduna daxil olacaq.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 26 Fevral 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri