KİV: ABŞ Tramp Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah göndərilməsinin dondurulmasını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib.
"Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!" - Tramp bazar ertəsi əvvəllər “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp özü də etiraf edib ki, ölkəsi Ukraynaya hərbi yardımı dayandıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 04 Mart 2025 03:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















