Icma.az
close
up
RU
ABŞ Ukraynaya silah yardımı göstərsə də...

ABŞ Ukraynaya silah yardımı göstərsə də...

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sultan Zahidov: “Danışıqlarda Rusiyanın maraqlarını da nəzərə almağa davam edəcək”

Yanvarın 20-də ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ xarici siyasətində Rusiya istiqamətində 180 dərəcəlik dəyişiklik baş verdi. Dünya geosiyasətini ciddi şəkildə çalxalayan bu dönüş ABŞ daxilində və beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurdu. Belə ki, Stiven Uolt, Farid Zakariya kimi Amerikalı siyasi araşdırmaçılar Trampın hazırkı geosiyasi şəraitdə Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətini ABŞ-ın xarici siyasətində bir inqilab olduğunu qeyd edərək, bu siyasətin əslində Vaşinqtonun ənənəvi maraqları ilə ziddiyyət təşkil etdiyini, onun beynəlxalq statusuna xələl gətirə biləcəyini vurğulamış oldular. Trampın xarici siyasəti bir tərəfdən Rusiya-Ukrayna hərbinin qısa zamanda bitəcəyi ilə bağlı ümidlər yaratsa da, digər tərəfdən avroatlantik əlaqələrdə ciddi çatlar yaradaraq Avropanın ABŞ-dan hərbi-təhlükəsizlik sahəsində müstəqilliyi artırmaq yolunda birgə addımlar atmağa vadar etdi.

Bunu “Xalq Cəbhəsi”nə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi və Bakı Dövlət Universitetinin müəllimi Sultan Zahidov deyib.

O, qeyd edib ki, hələ, özünün seçkiqabağı kampaniyası dövründə Rusiya-Ukrayna hərbini qısa müddətdə bitirəcəyini deyən Donald Tramp Ağ Ev rəhbərliyinə keçər-keçməz Rusiya və Ukrayna ilə danışıqlara başlayacağının anonsunu verdi. Fevralın 12-də Vladimir Putinlə ilk telefon danışığını həyata keçirən Tramp bu danışığın konstruktiv olduğunu və irəlidə sülh üçün ABŞ-ın proaktiv gedişlər edəcəyini bəyan etdi. Həmin ərəfədə Brüsseldə NATO müdafiə nazirlərinin toplantısında iştirak edən ABŞ-ın müdafiə naziri Pit Hegset isə öz nitqində Ukraynanın NATO-ya üzv olmayacağı və ərazi güzəştləri etməli olacağını bəyan edərək Trampın vasitəçilik missiyasında daha neytral mövqe sərgiləmək niyyətində olduğunu nümayiş etdirdi. Proseslərin sonrakı inkişafı ABŞ və Rusiyanın nümayəndələri arasında fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutan görüşə və bu görüş nəticəsində hər iki ölkənin səfirliklərin fəaliyyətini tam şəkildə bərpa etmək niyyətini bəyan etməsiə gətirib çıxardı. Bu hadisədən sonra Tramp və Zelenski arasında sosial mediada qarşılıqlı ittihamlar irəli sürülmüş və fevralın 28-də Ağ Evdə iki ölkə rəhbəri arasında baş verən qalmaqal rəsmi Vaşinqtonun Kievlə münasibətlərə əvvəlki hakimiyyət tək prioritet verməyəcəyinin rəsmini cızmış oldu. Martın 3-də ABŞ-ın Ukraynaya hərbi və kəşfiyyat dəstəyini dondurması ilə bağlı qərarı isə Ukraynanı çıxılmaz vəziyyətdə qoyaraq Zelenskinin nicatı Avropada axtarmaq məcburiyyətində qoymuş oldu: “ABŞ-ın hazırkı xarici siyasəti və Rusiya-Ukrayna məsələsindəki mövqeyinin təhlili fərqli izahatlar və ssenariləri özündə ehtiva edir. Stiven Uolt kimi realistlər məsələyə ABŞ-ın Çinə köklənmək istəyində olması prizmasından yanaşmış, digərləri isə bunda geoiqtisadi maraqlar faktorunu qabartmışlar. Belə ki, Donald Trampın Ukraynaya təklif etdiyi və Zelenskinin artıq qəbul etdiyi 500 milyard dollarlıq “Minerallar sazişi” Vaşinqtona Ukraynanın nadir resurslarına giriş imkanı yaratmaqla yanaşı, 2022-ci ildən Ukraynaya ayrılan maddi yardımların geri götürülməsini də təmin etmiş olur. Ümumilikdə görünən odur ki, ABŞ-ın Rusiya Ukrayna hərbindəki vasitəçilik missiyası aşağıdakı hədəfləri özündə ehtiva edir:

Qısa zamanda atəşkəsə nail olaraq Donalt Tramp bir sülh carçısı kimi ABŞ tarixindəki və beynəlxalq arenadakı statusunu daha da möhkəmləndirmək niyyətindədir;

Ukrayna ilə Minerallar sazişini imzalayaraq ABŞ iqtisadiyyatı üçün zəruri olan nadir resurslara giriş əldə etmək;

Rusiya-Ukrayna hərbi bitdikdən Çinin mühasirəsi və zəiflədilməsi strategiyasını davam etdirmək;

Ukraynaya ayrılan hərbi dəstəyi İsrailə yönəldərək İrana qarşı maksimum təzyiq kampaniyasını davam etdirmək;

Avropanın hərbiləşməsi və bu yolla ABŞ-dan daha çox silah-sursat almasına zəmin yaratmaq”.

S.Zahidov vurğulayıb ki, qeyd olunan faktorlar Donald Tramp administrasiyası üçün ən qısa zamanda vasitəçilik missiyasını tamamlayaraq iki ölkə arasında sülh sazişinin imzalanmasını labüd etsə də, prosesin irəliləməsi üçün müəyyən maneələrin mövcud olması da nəzərdən keçirilməlidir. Bu maneələrdən ən başlıcası tərəflər arasında ciddi mövqe fərqlərinin olmasıdır. Rusiya qəti şəkildə Ukraynanın hərbisizləşdirilməsini, NATO-ya heç zaman daxil olmayacağını və cəbhədə mövcud vəziyyəti (Rusiya tərəfindən ilhaq olunan 5 ərazinin tanınması) tələb etsə də, Ukrayna bu tələblərin heç birinə razılıq vermək istəmir. Digər tərəfdən Ukraynanın tələb etdiyi təhlükəsizlik təminatı Avropa tərəfindən dəstəklənsə də, Rusiya tərəfindən məqbul hesab edilmir. Avropada Ukrayna dəstək və Rusiyaya qarşı vahid cəbhə məsələlərində liderlik etməyə çalışan Britaniya, Fransa və Almaniya Ukraynaya təhlükəsizlik təminatının verilməsi və hətta sülhməramlı ordu yeridilməsi təklifini irəli atsalar da, proseslərin bu cür inkişafına Rusiyanın müsbət yanaşacağı real görsənmir. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitriy Medvedev məsələ ilə bağlı bir neçə gün öncə fikir bildirərək ölkəsinin heç bir halda NATO kontingentinin Ukraynada yerləşdirilməsinə razılıq verməyəcəyini qeyd etdi. Ağ Ev qalmaqalından sonra Londonda Avopa liderləri ilə görüşən Zelenski xüsusilə, Britaniya baş naziri Kir Starmerin təkidi ilə Trampla münasibətləri normallaşdırmaq kursunu izləmiş və nəticədə martın 11-də Ciddədə Ukrayna və ABŞ-ın nümayəndələri arasında görüş baş tutmuşdur. Görüş nəticəsində ABŞ-ın dövlət katibi Marko Rubio tərəfindən Ukraynanın 30 günlük atəşkəs təklifinə müsbət cavab verdiyini vurğulanmış və həmin andan etibarən Vaşinqtonun Kievə hərbi və kəşfiyyat dəstəyinin bərpa edilməsi elan edilmişdi. Atəşkəs razılaşması eyni zamanda hərbi əsirlərin mübadiləsini, Rusiyaya qaçırılan Ukraynalı uşaqların və mülki şəxslərin geri verilməsini nəzərdə tutur. Rubionun təbirincə desək top artıq Rusiya tərəfdədir və sülhün bundan sonrakı irəliləməsi məhz Moskvanın atəşkəs təklifinə verəcəyi cavabdan asılı olacaqdır: “Danışıqlardan bir neçə gün sonra xüsusi nümayəndə Stiv Uitkofu Putinlə görüşmək üçün Moskvaya yollayan Donald Tramp görüşdən sonra Putinlə sülh sazişinin bir çox elementlərini razılaşdırdığını bildirdi. Rusiya prezidenti Vladimir Putin isə mətbuat konfransında Rusiyanın atəşkəsə hazır olmasını bəyan etməsinə baxmayaraq bu atəşkəsin müəyyən məsələləri cavablandırmalı olduğunu da vurğuladı. Putinə görə Kurskdakı Ukrayna əsgərlərinin taleyi, Ukraynanın atəşkəs müddətində xaricdən hərbi yardım almaması və Ukraynada hərbi təlimlərin olmaması atəşkəs üçün ilkin şərtlərdir. Rəsmi Mosvkanın atəşkəslə bağlı ilkin mövqeyi xüsusilə, Avropada birmənalı qarşılanmamış, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas Putinin sülh istəmədiyini bəyan etmişdi. Donald Tramp isə öz növbəsində Vladimir Putin ilə martın 18-da telefon danışığının baş tutacağını və bu danışıqlarda ərazi, Zaporojye nüvə enerjisi stansiyası və digər məsələlərin müzakirə olunacağını bəyan etdi. Hazırda bütün dünyanın diqqəti məhz həmin telefon danışığındadır ki, iki ölkə rəhbəri arasında baş tutacaq bu danışıqdan sonra bir çoxlarına görə Rusiya-Ukrayna hərbinin sonrakı taleyi daha çox aydınlığa çıxacaqdır.

Bununla belə proseslərin hazırkı gedişatı onu göstərir ki, Putin hazırda Kursk və digər istiqamətlərdə ərazilər əldə edərək danışıqlar masasında Rusiyanın mövqeyini daha da qüvvətləndirməyə çalışır. Digər tərəfdən Rusiya heç bir halda Ukraynaya NATO kontingentinin göndərilməsini istəmir ki, bu da danışıqları çıxılmaz vəziyyətə salır və ABŞ hər nə qədər Ukraynaya silah yardımı göstərsə də, danışıqlarda Rusiyanın maraqlarını da nəzərə almağa davam edəcəkdir. Rəsmi Kievin də Avropaya bel bağlayaraq Moskva qarşısında ciddi güzəştlər etmək niyyətində olmadığını nəzərə alsaq, atəşkəs razılaşmasının yaxın zamanda imzalanması və imzalansa belə ona riayət olunması perspektivləri kifayət qədər dumanlı görsənməkdədir”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Mart 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see222

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see187

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see170

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see164

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see154

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see142

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see139

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see134

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see132

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see130

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see128

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see127

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see121

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see120

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see119

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see118

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see117

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri