Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bakıda qəbul edilən qərar dünyada ənənəyə çevriləcək Aydın Quliyev

Bakıda qəbul edilən qərar dünyada ənənəyə çevriləcək Aydın Quliyev

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən WUF13 konfransı Azərbaycanın beynəlxalq şəhərsalma və davamlı inkişaf gündəmində fəal iştirakını bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirən tədbir şəhərlərin gələcək inkişafı ilə bağlı mühüm müzakirələr üçün geniş platforma yaratdı. Konfrans çərçivəsində irəli sürülən təşəbbüslər və qəbul olunan yanaşmalar beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev Demokrat.az-a bildirib ki, forum COP29-dan sonra beynəlxalq miqyasda hərtərəfli və məqsədyönlü əməkdaşlığı təşviq edən ən böyük platforma kimi özünü göstərdi:
"Bu tədbirin uğurla yekunlaşması Azərbaycanın dünya miqyasında mövqeyinin daha da möhkəmləndirilməsinə birbaşa təsir göstərdi. Eyni zamanda, onun uğurla yekunlaşması Azərbaycanın bu sahədə böyük təcrübəyə malik olduğunu nümayiş etdirdi. WUF13 bir sıra nöqteyi-nəzərlərdən beynəlxalq şəhərsalma konfransları tarixində özünəməxsus yer tutdu. Xüsusilə, Azərbaycan WUF13 konfransının daha mütəşəkkil keçirilməsi üçün əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi səmərəli fəaliyyət göstərdi.
Xüsusilə WUF13 kontekstində Azərbaycanın bir sıra yaradıcı təşəbbüslərini qeyd etmək zəruridir. Bunlardan biri kimi şəhərsalma konfransları tarixində ilk dəfə liderlər bəyanatları sessiyasının keçirilməsini göstərmək olar. Burada liderlər səviyyəsində şəhərsalma və onun müxtəlif aspektləri ilə bağlı maraqlı, praktiki, nəzəri və metodiki mülahizələr səsləndirildi".
Politoloq deyib ki, WUF13 çərçivəsində Bakı Şəhər Mükafatının təsis olunması da, əminəm ki, bundan sonrakı şəhərsalma konfranslarında mütləq şəkildə xatırlanacaq:
"İstisna etmirəm ki, beynəlxalq şəhərsalma proseslərində fərqlənən şəhərlərə və digər subyektlərə Bakı Şəhər Mükafatının təqdim olunması bundan sonrakı dövrlərdə bir ənənəyə çevriləcək. Bakı Şəhər Mükafatının təsis olunması beynəlxalq WUF konfransları tarixində Azərbaycanın adını möhkəmləndirən ən mühüm nailiyyətlərdən biri sayılmalıdır.
Bundan başqa, məcburi köçkünlərin qayıdışı ilə bağlı əlaqələndirilmiş yanaşmaların tətbiqinə dair mülahizələrin irəli sürülməsi də WUF13 konfransı çərçivəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir ki, bu da konfransın yekun sənədində öz əksini tapdı. Xüsusi qeyd olunmalıdır ki, WUF konfransı çərçivəsində münaqişələrdən sonrakı bərpa və yenidənqurma təcrübələrinin ümumiləşdirilməsi çox əhəmiyyətli idi. Bizim üçün qürurvericidir ki, bu təcrübələrin ümumiləşdirilməsi ilə yanaşı, Azərbaycanın təcrübəsi də xüsusilə qeyd olundu. WUF13 konfransında münaqişələrdən sonrakı bərpa və yenidənqurma təcrübələrinin ümumi mənzərəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ayrıca istiqamət kimi yekun bəyanatda qeyd olundu. Bu da Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma işlərini yüksək səviyyədə həyata keçirdiyini bir daha təsdiqlədi.
Çox önəmlidir ki, Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi cinayətlər, dağıntılar, urbisid, ekosid, kultursid və digər insanlığa sığmayan əməllər WUF konfransının yekun sənədində bir daha öz təsdiqini tapdı. Həmçinin Ermənistanın təcavüzkar siyasətinin müxtəlif aspektlərdə yaratdığı nəticələr 176 dövlətin nümayəndələrinin iradəsini ifadə edən vahid sənəddə əks olundu.
Bir sözlə, WUF konfransı tariximizə yazılmış mühüm hadisədir. Eyni zamanda, Azərbaycan WUF konfransları tarixində yeni bir səhifə açdı",- deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 May 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri