Icma.az
close
up
RU
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələyiblər

ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələyiblər

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin danışıqlar masasına əyləşməkdən imtina etməyə davam edərsə, ABŞ və Avropa tərəfindən əlavə tədbirlərin görülməsinə hazır olmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri İohann Vadeful, ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra "Sueddeutsche Zeitung" qəzetinə açıqlama verib.

Vadefulun ABŞ-a bu ilk rəsmi səfəri həm də Almaniya kansleri Fridrix Mersin yaxın vaxtlarda planlaşdırılan Vaşinqton səfərinə hazırlıq məqsədi daşıyırdı. Görüş zamanı əsas müzakirə mövzularından biri Ukraynada müharibənin dayandırılması olub.

Nazirin sözlərinə görə, Ukrayna dərhal atəşkəsə razıdır, lakin Rusiya buna hazır deyil.

“Məhz buna görə biz razılaşdıq ki, növbəti addımları sıx şəkildə koordinasiya edəcəyik. Məqsədimiz Putini danışıqlar masasına əyləşdirməkdir”, – deyə Vadeful bildirib.

O, dövlət katibi Marko Rubionun sözlərini sitat gətirərək əlavə edib: “Əgər Putin danışıqlardan imtina etməyə davam etsə, tədbirlər görüləcək. O, buna hazır olmalıdır.”

Xatırladaq ki, 20 may tarixində Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Bu sanksiyalar əsasən Rusiya “kölgə donanması”na aid təxminən 200 gəmini əhatə edir. Yeni tədbirlər həmçinin hibrid təhdidlər və insan hüquqlarının pozulması məsələlərinə də yönəlib.

"Politico" nəşri ABŞ rəsmilərinə istinadən yazır ki, prezident Donald Tramp artıq Putinə qarşı səbirini itirir, lakin sanksiyalarla bağlı qəti qərar verməkdə tərəddüd edir. ABŞ-ın Ukraynadakı keçmiş xüsusi nümayəndəsi Kurt Volker isə Trampın Rusiyaya qarşı sərt addım atacağına inanmır: “Hazırda Trampın Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edəcəyinə çox skeptik yanaşıram. Onun bu addımı atması üçün saysız imkanlar olub, amma o, həmişə geri çəkilib”, - deyə Volker bildirib.

Kolumnist Ceyms Gibni isə yazır ki, Avropa İttifaqının mövcud sanksiyaları Putini qorxutmur. Onun fikrincə, ABŞ daha ciddi tədbirlər görməlidir. Gibni təklif edir ki, ABŞ Senatı, Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən idxal edilən mallara qarşı 500%-lik idxal rüsumu tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarsın və bu sənədin Trampın masasına çatması üçün Nümayəndələr Palatası ilə birlikdə işləsin.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 May 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri